Topaz Premyer Liqada yeni rekord

Topaz Premyer Liqada yeni rekord
ÖLKƏ FUTBOLU 4 Noyabr 2013 / 12:09 2727
-  A +

Topaz Premyer Liqasında mövsümün yeni rekordu qeydə alınıb.

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, çempionatın 12-ci turunda qapılara ümumilikdə 22 qol vurulub.

Belə ki, azarkeşlər “Bakı” – “Simurq”, “İnter” – “Rəvan” və “Neftçi” – “Xəzər Lənkəran” görüşlərinin hərəsində 5 qola şahidlik edib. Bu matçlardan sonuncusunda 4:1, digər ikisində isə 3:2 hesabı qeydə alınıb. Hər 3 görüşdə meydan sahibləri qalib gəlib. “Sumqayıt” – AZAL oyunu qolsuz bitdiyi turun son görüşü daha məhsuldar alınıb. “Qarabağ” “Qəbələ”ni məğlub edib – 4:3. Bununla da 16 qolun vurulduğu 6-cı turun rekordu qırılıb.

Bu tur orta məhsuldarlıq 4,40-a bərabər oldu. Bu nəticə də son 6 mövsüm üçün mütləq rekorddur. 2008/09 mövsümünün startından indiyədək ən yüksək məhsuldarlıq 4-ə bərabər idi. 2009/10 mövsümümün 6-cı, 2012/13 mövsümünün 31-ci turunda 6 oyuna 24 qol vurulmuşdu. İndi həmin turlarla müqayisədə 2 qol az vurulsa da, bu 6 deyil, 5 matçda gerçəkləşib.





Tur     Qol sayı

1          15
2          14
3          14
4          11
5          10
6          16
7          11
8           2
9          12
10        14
11         7
12         22

Cəmi: 148

Daha çox


Son xəbərlər