Ağdamın "Qarabağ" klubunun hücumçusu Zaur Ramazanovun Qol.Az saytına müsahibəsi
- "Qarabağ"ın birinci dövrədəki çıxışlarını necə qiymətləndirərdiniz?
- Məncə, komandamız yaxşı təsir bağışladı. İlk oyunlardan isə bu belə deyildi. Amma birinci dövrənin sonlarına yaxın komanda öz oyununu tapdı. Bunun nəticəsi olaraq biz "Xəzər-Lənkəran", "Karvan" kimi güclü komandalara qalib gəldik.
- İkinci dövrəyə komanda harada hazırlaşacaq?
- Əvvəlcə burada toplaşacaq, daha sonra isə Antalyaya gedəcəyik. Təlim-məşqlərə çox ciddi yanaşacağıq. Çünki ikinci dövrə daha ağır olacaq. Bizi qarşıda çoxlu çətin oyun gözləyir. Bunun üçün gərək hər məşqə ciddi yanaşaq.
- Klubun qarşısına hansı məqsədlər qoyulub?
- Kollektivin məqsədi "Qarabağ"ı çempion etməkdir. Rəhbərlik isə bizdən mükafatçılar sırasına düşməyi tələb edir.
- Səncə, qızıl medalları qazanmaq asan olacaq?
- Fikrimcə, yox. Amma biz son ana qədər mübarizə aparacağıq.
- Birinci dövrədə öz oyunundan razı qaldın?
- Başlanğıcda yaxşı oynaya bilmirdim. Amma sonlara yaxın öz oyunumu tapdım.
- İlk oyunlarda niyə pis təsir bağışlayırdın?
- Yəqin ki, bu, "Xəzər-Lənkəran"dan təzə ayrılmağımdan irəli gəlirdi. Bundan başqa psixoloji durumumun yaxşı olmaması və digər amillər buna təsir edə bilərdi.
- "Xəzər-Lənkəran"la oyunda qol vurduqdan sonra maykanızı başınıza keçirərək, azarkeşlərin üzərinə qaçmanızı necə başa düşmək olar? Bu, yenidən "ağ-yaşıllar"ın düşərgəsinə dönmək arzusunda olduğunuza işarə etmir ki?
- Mən bunu başqa cür izah etmişdim. Bilirsiniz, hər dəfə "Xəzər-Lənkəran" fanatlarını sevindirmişəm. Bu dəfə onlara acı çəkdirməyə haqqım yox idi. Ona görə də belə etdim. Qaldı Cənub klubuna qayıtmağıma, azarkeşlər mənə hər dəfə zəng vururlar ki, Lənkərana dönüm. Amma bu, hazırkı vəziyyətdə mümkün deyil. Çünki komandamla müqaviləm var.
- Ola bilərmi icarə əsasında "Xəzər-Lənkəran"da oynayasan?
- Bunun mümkün olacağına inanmıram.
- Milli komanda barədə də soruşmaq istərdik. Səncə yığmaya niyə dəvət almırsan?
- Bunu baş məşqçi Berti Foqtsdan soruşsanız daha yaxşı olar. Çünki alman çalışdırıcı bəyəndiyi futbolçuya şans verir. Mən isə fikirləşirəm ki, yaxşı formada olmadığıma görə yığmaya çağırılmıram.
- Yəni sən özünü Branimir Subaşiçdən zəif sayırsan?
- Hansımızın güclü olduğunu mütəxəssislər deyə bilər. Düzdü, mən indi əvvəlkinə nisbətən zəif görünürəm. Amma bunu tez bir zamanda aradan qaldıracağam. Çalışacağam, klubumda elə çıxış edim ki, millinin məşqçilərinin rəğbətini qazanım. İnşallah, inanıram ki, ruslarla oyuna dəvət alacam.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki