Qurban Qurbanov: "Futbol buna görə sevilir"

Qurban Qurbanov: "Futbol buna görə sevilir"
ÖLKƏ FUTBOLU 3 Noyabr 2013 / 19:51 5226
-  A +

“Futbol buna görə sevilir. Oyun heç-heçə də başa çata bilərdi, məğlub da ola bilərdik".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Qəbələ" ilə oyundan (4:3) sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, oyunun nəticəsi çox şeydən xəbər verir. Qurbanov rəqib komandanı yüksək qiymətləndirib:  “Qəbələ” sübut elədi ki, yaxşı komandadır, futbolçuları topla yaxşı davrana bilir. Hər oyunda 7 qol vurulmur. Bir daha gördük ki, çempionat çox ağırdır, Premyer Liqamıza yaxşı məşqçilər gəlir. Rəqib sona qədər mübarizə apardı, əbəs yerə ilk üçlükdə olmadığını göstərdi”.

Daha çox


Son xəbərlər
topaz banner