Qurban Qurbanov: "Biz daha istəkli idik"

Qurban Qurbanov: "Biz daha istəkli idik"
ÖLKƏ FUTBOLU 27 Oktyabr 2013 / 21:43 4117
-  A +

“Bu cür oyunlar çox olsa futbolumuzun daha tez inkişaf edəcəyini düşünürəm. Oyun yüksək tempdə keçdi".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Xəzər Lənkəran"la oyundan (3:0) sonra keçirilən mətbuat konfransında deyib.

Gənc mütəxəssis rəqibin oyununu yüksək qiymətləndirib. Qeyd edib ki, sadəcə olaraq "Qarabağ" daha istəkli idi: “Xəzər Lənkəran” məğlub olmasına baxmayaraq, çox yaxşı oyun göstərdi. İnanıram ki, zaman keçdikcə daha yaxşı yerlərə gələcəklər. Hər iki komanda mübarizə apardı. Bizim komandada istək daha çox idi”.

Daha çox


Son xəbərlər