Toşak: "Qarabağ" bizdən çox güclüdür"

Toşak: "Qarabağ" bizdən çox güclüdür"
ÖLKƏ FUTBOLU 27 Oktyabr 2013 / 21:35 4782
-  A +

Topaz Premyer Liqanın XI turunda bu gün keçirilən "Xəzər Lənkəran" - "Qarabağ" oyununundan sonra meydan sahiblərinin baş məşqçisi Con Toşak qarşılaşma haqda fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, uelsli mütəxəssis rəqibin daha güclü olduğunu etiraf edib:

“Çox güclü komandaya məğlub olduğumuzu düşünürəm. Oyuna görə müqayisə edəndə “Qarabağ” bizdən çox güclüdür".

Qeyd edək ki, oyun 3:0 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatıb.

Daha çox


Son xəbərlər