Nazim Süleymanov "Simurq"la oyundan danışdı

Nazim Süleymanov "Simurq"la oyundan danışdı
ÖLKƏ FUTBOLU 27 Oktyabr 2013 / 21:13 3152
-  A +

“Komandamın oyunundan razı qalsam da, hesab məni qane etmədi. Belə hallar futbolda olur". 
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun yeni baş məşqçisi Nazim Süleymanov "Simurq"la oyundan (0:0) sonra deyib.

Təcrübəli baş məşqçi futbolçularından hesabdan razı qalmasa da, futbolçularının oyununu bəyəndiyini bildirib: "Yetirmələrimə oyuna, mübarizə əzminə görə təşəkkür edirəm. Çoxlu qol imkanları yaratdıq, lakin istifadə edə bilmədik. Bu cür qol imkanlarına ciddi yanaşmaq lazımdır”.

Daha çox


Son xəbərlər