"Rəvan" klubunun müdafiəçisi Aqil Nəbiyevin Qol.Az saytına müsahibəsi
- "Rəvan" hazırda sonuncu pillələrdə qərarlaşıb. Təcrübəli futbolçu kimi komandanın bu yerdə olmağının səbəblərini deyə bilərsən? "Rəvan"da hansı çatışmazlıqlar var?
- Komanda çempionata yaxşı start verməmişdi. Ardıcıl məğlubiyyətlər olmuşdu. Mən "Rəvan"a "Sumqayıt"la oyunda 3-4 gün qabaq gəldim. "Sumqayıt"la oyunda yaxşı çıxış etdik və qalib gəldik. Digər matçlarda da qalib gələ bilərdik. Çünki "Rəvan"ın futbolçuları səviyyə baxımından "Qarabağ" və "Neftçi"nin oyunçularından geri qalmırlar. Sadəcə olaraq "Rəvan"ın ardıcıl dörd məğlubiyyəti komandanı ruhdan salıb. Çalışırıq ki, xallarımızı artırıb, yuxarı pillələrə qalxaq. Çempionatda 10 komanda var. Bu komandalar arasında böyük səviyyə fərqi yoxdur. Ona görə də aralarında xal fərqi azdır. "Neftçi" ilə oyuna qədər xal ehtyatımızı bir qədər artırmağı bacardıq.
- "Neftçi" ilə matç (1:2) haqda da fikirlərini bilmək istərdik. Komandanız hesabda irəl olsa da, sonda məğlub oldu.
- Komandamız pis təsir bağışlmadı. İlk hissədə "Neftçi"dən üstün oynadıq. İkinci hissədə isə rəqib bizi üstələdi. Bunun da səbəbi odur ki, fiziki durumumuz yaxşı səviyyədə deyil. Ona görə sona qədər mübarizə apara bilmədik. Ancaq bizim də yaxşı qol imkanlarımız oldu. Biz bunlardan istifadə etmədikdə, rəqib bizi cəzalandırdı.
- Həm də "Rəvan"ın ustalıq səviyyəsi çatmadı. Komandanız bir neçə qol epizodundan istifadə edə bilmədi.
- Razıyam. Ancaq hakim də "Neftçi"nin lehinə qərar verdi. Torresin zərbəsindən sonra top "Neftçi"nin müdafiəçisi Bertuccinin əlinə dəymişdi. Hakim isə penalti qərarı vermədi.
- Autsayder bir komanda üçün ilk növbədə psixoloji durumu düzəltmək vacibdir. Şahin Diniyevin gəlişi bu istiqamətdə nəyisə dəyişib?
- Şahin Diniyev kimi təcrübəli bir baş məşqçinin gəlişi komandaya çox yaxşı təsiır edib. Şahin müəllimin həm milli komandada, həm də klublarda yaxşı təcrübəsi var. Həmin təcrübə burada öz sözünü deyir. O, futbolçulara sınmamağı, sona qədər mübarizə aparmağı, futbolun 90 dəqiqə olduğunu aşılayır. Dediyiniz kimi, birinci növbədə komandanı bu psixoloji durumdan çıxarmaq lazımdır. Şahin müəllim də bunun üçün çalışır. Deyərdim ki, hardasa bunun öhdəsindən bir qədər gəlib. Çünki "Neftçi" ilə oyunda komandamızda özünəinam hissi görünürdü. İlk hissədə "Rəvan"ı yaxşı mənada tanıya bilmədim. Meydanın hər qarşında mübarizə aparırdıq.
- Deməli, Şahin Diniyev gəldikdən sonra "Rəvan"da inkişaf görünür?
- Əlbəttə ki, Şahin müəllimin təcrübəsi buna imkan verir.
- Şahin Diniyevin gəlişi az müddət olsa,da onu kifayət qədər tanıyırsınız, məşq proseslərini görürsünüz. Səncə, digər gəlib-gedən məşqçilərdən fərqli olaraq, o, "Rəvan"ı dirçəldə biləcək?
- Əlbəttə, məşqlərimiz yüksək səviyyədə keçir. Komandanın fiziki durumu da yaxşılaşır. Bu da çox vacib amildir. Çünki fiziki durum yüksək olmasa, texniki və taktiki cəhətdən də inkişaf etmək olmaz. Bu mənada, məncə, getdikcə işlər qaydasına düşəcək.
- Premyer Liqada növbəti oyununuz "Bakı" ilə olacaq. Keçmiş komandana qarşı oyun haqda nə düşünürsən?
- "Bakı" ilə qarşılaşmaya adi oyun kimi yanaşırıq. "Bakı" Azərbaycanın ən yaxşı komandalarındandır. Hazırda mövqe baxımından da bizdən yuxarı pillədədilər. Heyətində yaxşı futbolçular var. Buna görə bizi çətin oyun gözləyir. Ancaq çalışacağıq ki, bu oyundan üç xal götürək.
Ramiq AĞAMƏMMƏDOV
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir