"Qarabağ" klubunun makedoniyalı yarımmüdafiəçisi Muarem Muaremin Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın X turunda "Sumqayıt"a qalib gəldiniz. Dubl etdiyin oyun haqda fikirlərini bilmək istərdik.
- Əksər futbolçularımız milli komandalardan dönmüşdü. Adətən, belə vaxtlarda oyunumuz istədiyimiz kimi alınmır. Ancaq bu matçda psixoloji və fiziki yorğunluğa qalib gələ bildik. Yaxşı hazırlaşdıq ki, əvvəllər baş verən hallarla üzləşməyək. Hava şəraiti və süni örtük oyunumuza mane olurdu. Buna baxmayaraq, 3 qol vurduq və qalib gəldik. Baş məşqçimiz bir neçə oyundan sonra mənə də start heyətdə şans verdi. Bunu dəyərləndirmək lazım idi. Düşünürəm ki, Qurban Qurbanovun etimadını doğrultdum. İnşallah, bundan sonra start heyətə düşmək üçün mübarizə aparacağam. Daim ilk 11-likdə olmaq istəyirəm.
- Vurduğun birinci qol bir qədər mübahisəli oldu. Yəni avtoqol kimi rəqib qapıçısı Anar Nəzirovun adına yazıldı. Buna münasibətin necədir?
- Təbii ki, mən olmasaydım, həmin qol olmayacaqdı. Top qapı dirəyinə dəydikdən sonra qapıçıya toxunub tora daxil oldu. Yəni qolun səbəbkarı oldum. Ancaq önəmli olan komandamızın qol vurmasıdır. Həm də belə erkən hesabı açmağımız çox vacib idi.
- Əvvəlki həftələrdə adın 18-liyə salınmırdı. "Sumqayıt"la oyunda isə start heyətdə meydana daxil oldun...
- Əslində mən özümü həmişə start heyətdə oynamağa layiq bilmişəm. Ancaq baş məşqçimizin verdiyi qərara hörmətlə yanaşmalıyıq. Hər halda o, öz komandası üçün ən yaxşısını etməyə çalışır. Hər bir oyunçuya inanaraq ona şans verir. Bu oyunda da mənə inandı. Məşqlərdə hər zaman yaxşı çalışıram. Əvvəlki oyunlarda oynamamağım pis formada olmağım anlamına gəlməməlidir. Deməli, digər oyunçular daha yaxşı formada olublar. İki qol vurmağım da o demək deyil ki, mütləq gələn oyunlarda start heyətdə meydana çıxacam. Bu, baş məşqçinin qərarından asılı olacaq. Məşqlərimə davam edəcəm, komandam üçün ən yaxşısını etməyə çalışacam.
- Qollar vurmaqla sübut etmək istəyirdin ki, start heyətə layiqsən?
- Keçən mövsüm oyunların çoxunda start heyətdə oynamışam. Əslində baş məşqçimiz mənə yaxşı bələddir. Ona görə də vurduğum qollar nəyisə sübut etmək üçün deyildi. Yəni buna ehtiyac yoxdur. Sadəcə verilən şansı dəyərləndirdim. İnşallah, davamı da gələcək.
- Növbəti oyununuz "Xəzər Lənkəran"ladır. Bu görüş haqda nə düşünürsən?
- Bizi çətin bir oyun gözləyir. Ardıcıl ikinci oyunu səfərdə keçirəcəyik. "Xəzər Lənkəran"ın son oyunlarda yaxşı formada olduğunu görürük. Sabah "Neftçi" ilə superkubok matçları olmağına baxmayaraq, bizimlə oyuna da yaxşı hazırlaşacaqlar. Çünki ilk oyunda öz meydanımızda onları 2:0 hesabı ilə məğlub etmişik. Yəqin ki, rəqib üçün revanş oyun olacaq. Bu komandaya qarşı iki dəfə oynamışam. Lənkərana gedəndə özümüzü futbolçu kimi hiss edirik. Çünki güclü azarkeş dəstəyi qarşısında oynayırıq. Stadionda boş yer qalmır. Məncə, maraqlı və çətin bir oyun olacaq. Bütün bunlara baxmayaraq, səfərdən üç xalla dönməkdə israrlıyıq.
- Çempionatda 10 tur arxada qaldı, bütün komandalarla qarşlaşdınız. Rəqibləriniz arasında hansını xüsusi qeyd etmək olar?
- Hazırda ön sıralarda gedən komanalar bizə əsas rəqiblərdir. Əsasən "Qəbələ"ni qeyd etmək istəyirəm. Bu komanda çox yaxşı heyətə malikdir. Düzdü, biz onları ikinci heyətlə məğlub edə bilmişdik. Ancaq düşünürəm ki, "Qəbələ" çox yaxşı komandadır və çempion ola bilər. "Neftçi" və "Xəzər Lənkəran"ı da yaddan çıxarmaq olmaz.
Ramiq AĞAMƏMMƏDOV
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir