“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin sükanı arxasına keçməkdən imtina edib. Lent.az-ın əldə etdiyi məlumata görə, 41 yaşlı mütəxəssis yaxın ətrafına hazırkı iş yerinin onu tam qane etdiyini bildirib.
Qurbanov “Qarabağ” rəhbərliyinin etimadı və yaratdığı şərait qarşılığında klubdan ayrılmağa razı olmayıb. AFFA rəhbərliyi onun millidə işləməyə razı olub-olmadığını müəyyən şəxslərin vasitəsilə öyrənmək istəyib. Bu zaman gənc mütəxəssis “İşləyirəm də elə “Qarabağ”da”cavabını verib.
Baş məşqçi Lent.az-a açıqlamasında Ağdam klubunda çalışmaqda qərarlı olduğunu təsdiqləyib: “Bu gün “Qarabağ”dayamsa, elə fikrim də “Qarabağ”da olmalıdır. Bu komandanın uğurları, nəticələri, düşündüyümüz kollektivi qurmaq üçün çalışmalıyıq. Hələ mənim tərəfimdən belə bir fikir, ideya, başqa bir şey yoxdur. Fikrim yalnız “Qarabağ”ladır”.
Bununla yanaşı, Qurbanov ona millimizin baş məşqçi vəzifəsinin təklif olunmadığını da bəyan edib. Onun fikrincə, təklif yoxdursa, bu məsələyə dair hansısa fikri bildirmək düzgün olmaz: “Ona görə də hazırda yalnız “Qarabağ”da çalışmaq daha yaxşı olar”.
Bu yaxınlarda AFFA İcraiyyə Komitəsinin üzvü, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov Qurbanovun eyni vaxtda həm klubda, həm də millidə işləməsinin mümkünlüyünə dair fikir səsləndirib. Lakin gənc mütəxəssis bu varianta münasibət bildirmək istəməyib: “Yenə deyirəm: Təklif yoxdursa, o barədə fikir bildirməyimiz düzgün olmaz”.
“Hələ ki klubda işləməyə üstünlük verirsiniz?” sualına isə Qurbanov “Burdayam” cavabını verib.
Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ilin avqustunda “Qarabağ”a baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında Ağdam komandası 2009-cu ildə Azərbaycan Kubokunun qalibi, 2012-2013-cü il mövsümündə Azərbaycan Premyer Liqasının gümüş, 2009-2010 və 2010-2011-ci il mövsümlərində bürünc medalını qazanıb. Bununla yanaşı, “Qarabağ” Avropa Liqasında 2009-2010, 2010-2011 və 2013-2014-cü il mövsümlərində “pley-off” mərhələsinədək irəliləyib. Milli komandamıza 2008-ci ilin aprelindən başçılıq edən Berti Foqtsun hazırkı müqaviləsi isə bu ilin sonunda başa çatır. Onunla yeni müqavilə məsələsinə dair qərarı AFFA İcraiyyə Komitəsi verəcək.
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir