Vaqif Sadıqov: "AZAL-ın ruhu var"

Vaqif Sadıqov: "AZAL-ın ruhu var"
ÖLKƏ FUTBOLU 21 Oktyabr 2013 / 00:40 1844
-  A +

“Oyunun çox ağır keçəcəyini biliridk. Hər iki komanda üçün həlledici oyun idi. Turnir cədvəli göstərir ki, hər iki komandada həm irəliləyiş, həm də eniş ola bilər".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov "Bakı" ilə oyundan (2:2) sonra keçirilən mətbuat konfransıda deyib.

Təcrübəli mütəxəssis nəticənin onu qane etdiyini bildirib, komandasında olan boşluqlardan danışıb: "Qol imkanlarımız oldu, fikrimcə, heç-heçə oyunun ədalətli nəticəsidir. Bilirdik ki, hücum xətti fəal olan bir komandaya qarşı mübarizə aparacağıq. İlk hissədə müdafiədə buraxdığımız kobud səhvlər bizi ağır vəziyyətə salmışdı. AZAL komandasının ruhu var, bugünkü oyunda biz bunu bir daha sübut etdik. Ruslan Məcidovun çıxışı məni qane edir, ona görə onunla davam edirik”.

Daha çox


Son xəbərlər