«İnter» klubunun prezidenti Georgi Nikolovun Qol.Az-a müsahibəsi.
- Komandanızın birinci dövrədəki çıxışını necə qiymətləndirirsiniz?
- «İnter» qış fasiləsinə 1-ci pillədə yollandı. Əlbəttə, bu nəticə məni razı salmaya bilməz. Komandamızın çıxışını müsbət qiymətləndirirəm. Ötən mövsüm çempion olan «İnter» bu il də qarşısına eyni məqsədi qoyub. Böyük rəqabət şəraitində birinci dövrədə 1-ci yeri tutduğumuza görə şadam.
- Cari mövsümdə çempionluq yolunda «İnter»ə hansı komandalar mane ola bilər?
- Premyer-liqada doğrudan da, gərgin mübarizə gedir. 6-7 komanda var ki, həm çempionluq, həm də avrokuboklara vəsiqə uğrunda yarışırlar. Çempionluq yolunda əsas rəqibimizin kim olduğunu demək çətindir. Bununla belə, fikirləşirəm ki, həmişəki kimi «Xəzər-Lənkəran» bütün klublar üçün ciddi rəqibdir. «Bakı» bu mövsüm xeyli güclənib. «Qarabağ» da ambisiyalı komandadır. «Simurq»u cari mövsümün sürprizi saymaq olar. Zaqatala klubu bütün liderlərə baş ağrısı ola biləcəyini göstərdi.
- Sizcə, birinci dövrədə «İnter»in ən yaxşı oyunları hansılar oldu?
- Məncə, səfərdə «Xəzər-Lənkəran»a qarşı yaxşı oynadıq. Ağır hava şəraitində hər iki komandanın oyunçuları yaxşı təsir bağışladılar. «Neftçi» ilə görüşdən də razı qaldım. Digər oyunlarda da futbolçularımız pis təsir bağışlamadılar. Amma ən çox yadda qalan qarşılaşma kimi bu iki oyunu qeyd etmək olar.
- Dövrələrarası fasilədə «İnter»in heyətində nə kimi dəyişikliklər olacaq?
- Bu məşqçilər korpusunun səlahiyyətində olan məsələdir. Onlar heyətdə görmək istədikləri futbolçuların adlarını bizə təqdim etməlidirlər. Bundan başqa, məşqçilər komandada görmək istəmədikləri oyunçular barədə də bizə məlumat verəcəklər.
- Məşqçilər heyətdə görmək istədikləri futbolçuların adlarını sizə deyiblərmi?
- Hələ ki, alacağımız oyunçuların konkret adları məlum deyil. Premyer-liqada çıxış edən bəzi gənc və istedadlı yerli futbolçuları «gözaltı etmişik». Legionerlər onsuz da komandamızda yetərincədir.
- «İnter»i tərk edəcək futbolçuların da adı hələ dəqiqləşməyib?
- Onu deyə bilərəm ki, artıq Roman Quello bizim futbolçu deyil. Düzü, onun getməsinə görə çox təssüfflənirəm. Ancaq o ağır zədə aldı və bundan sonra əsas heyətdə özünə yer edə bilmədi. Quellonu yenidən komandamızda görmək istərdim. Lakin məşqçilər korpusunun qərarına hörmətlə yanaşıram. Hazırda Valentin Belkeviç və Mahmud Qurbanovla danışıqlar davam edir. Hələ bilmirik, onlar klubun təklif etdiyi şərtlərlə razılaşacaqlar, ya yox. Bununla belə, istəyən oyunçu «İnter»dən gedə bilər. Heç kimi zorla komandada saxlamaq fikrimiz yoxdur.
- Belkeviçlə bağlı çox söz-söhbət gəzir. Hətta onun Ukrayna klublarından təklif aldığı da bildirilir.
- Özüm Belkeviçlə danışmamışam. Amma bildiyimə görə, məşqçi onun komandada qalmasında maraqlıdır. Belkeviç haqqında o qədər də yaxşı rəy yaranmasa da, hesab edirəm ki, o, kifayət qədər təcrübəli və komandaya xeyir verə biləcək futbolçudur. Əgər Belkeviçə Ukrayna və ya digər ölkələrdən yaxşı təklif gəlsə, getməsinə əngəl törətməyəcəyik.
- Belkeviçi cari mövsümdə «İnter»in ən uğursuz transferi saymaq olarmı?
- Yox, sizinlə razı deyiləm. Bəzən mənə deyirlər ki, onun alınması reklamla bağlı idi. Guya yetərincə tanınmış futbolçu olduğundan diqqəti cəlb etmək üçün onu dəvət etdik. Amma Vitali bəzi oyunlarda təcrübəsi, meydanı görmək bacarığı ilə komandaya kömək etdi. Onun ən yaxşı oyunlarından biri «Karvan»a qarşı oldu. Yevlaxda «qara işi» öz üzərinə götürərərək, qələbədə önəmli rol oynadı.
- Mahmud Qurbanovun məsələsi nə yerdədir. O, niyə komandada qalmaq istəmir?
- İstənilən futbolçu çox pul almaq, yaxşı müqavilə şərtləri ilə oynamaq istəyir. Odur ki, hamını razı salmaq çətin olur. Hesab edirəm ki, Mahmud komandada qalmalıdır. Onunla yeganə fikir ayrılığı maddi məsələ ilə bağlıdır.
- «İnter»dən nə vaxt səs-küylü transfer görəcəyik?
- Biz heç vaxt belə bir hay-küylü transfer etməmişik. Baş məşqçinin istəyini həyata keçirə bilən, onun tapşırıqlarını yerinə yetirən futbolçular alırıq. «İnter»ə böyük ulduzlar yox, komandaya xeyir verən oyunçular lazımdır. Maliyyə böhranını da yaddan çıxartmaq olmaz. İndi bütün klublarımız deyir ki, bunun bizə aidiyyatı yoxdur. Amma dərk etməlidirlər ki, maliyyə böhranı nə vaxtsa bizim komandalara da ziyan vura bilər. Buna hazır olmaq lazımdır.
- Bir çox klub «Birlik kuboku»na getməkdən imtina etdi. Bəziləri isə Moskvaya ikinci komandanı göndərirlər. Turnir haqqında sizin də fikirlərinizi bilmək istərdik.
- Əvvəlcə onu deyim ki, «Birlik kuboku»na əsas heyətlə gedəcəyik. Artıq iki komandamız bu yarışın qalibi olub. Biz də Azərbaycan futbolunun imicini qorumaq istəyirik. Məqsədimiz ən azı finala vəsiqə qazanmaqdır. Rusiya və Ukrayna çempionlarının əvəzedici komandaları da yetərincə güclüdür. Orada əsas heyətdən kənarda qalan təcrübəli futbolçular da forma geyir. Onlar yenidən əsas komandaya düşmək üçün əllərindən gələni edirlər. Həm «Rubin», həm də «Şaxtyor» «Birlik kuboku»nda rəqiblərinə çətin anlar yaşadacaqlar.
- İkinci dövrəyə və «Birlik kuboku»na hazırlıq planı necə olacaq?
- Bu yarışa ikinci dövrəyə hazırlıq planının bir hissəsi kimi baxırıq. Yanvarın 3-də Antalyada təlim-məşq toplanışına başlayacağıq. Ayın 16-də Moskvaya yollanacağıq. Turnirdə mümkün qədər çox qalmağa çalışacağıq (gülür). «Birlik kuboku»ndan sonra da Antalyaya gedib orada Rusiyanın bir çox aparıcı klubları ilə yoxlama oyunları keçirəcəyik.
- İndiyədək «Birlik kuboku»nda qalib gələn «Neftçi» və «Xəzər-Lənkəran» sonradan ölkə çempionatında qızıl medalları əldən veriblər. Eyni problemlə üzləşəcəyinizdən qorxmursunuz ki?
- Bu, bizi də narahat edir. Amma bilmirəm bunun səbəbi yarışın özündədir, ya məşqçilərin hazırlıq planını düzgün tərtib etməməsində. Bu tendensiya haqda biz də düşünürük. Amma əvvəl-axır ənənələri məhv etmək gərəkir. Çalışacağıq ki, «Birlik kuboku»na sahib olaq və milli çempionatda da uğurlu çıxışımızı davam etdirək.
- «Şəfa» stadionunda gedən təmir işləri nə yerdədir?
- Fevralın sonunda yeni ofis mərkəzi və mehmanxana kompleksi hazır olacaq. İkinci mərhələdə stadionun fasadının dəyişdirilməsi nəzərdə tutulub. Düşünürəm ki, 2009-cu ilin sonunda arenanın fasadı ilə bağlı işlər yekunlaşacaq və «Şəfa» stadionu daha gözəl görünəcək.
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər