"Neftçi"dən Yılmaz Vural açıqlaması

"Neftçi"dən Yılmaz Vural açıqlaması
ÖLKƏ FUTBOLU 20 Sentyabr 2013 / 13:30 4621
-  A +

“Hazırda heç bir yerli və ya əcnəbi mütəxəssislə danışıq aparmırıq. “Neftçi” “Qarabağ”la birlikdə turnir cədvəlinin ilk pilləsindədir. Sonuncu yerlərdə deyil ki, bizim məşqçi ilə problemimiz olsun”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov deyib.

Türkiyəli mütəxəssis Yılmaz Vuralın Bakıya səfəri zamanı “Neftçi” prezidenti Sadıq Sadıqovla görüşəcəyi xəbərinə münasibət bildirən klub rəsmisi məlumatın doğru olmadığını qeyd edib:

“Kimlərsə özlərini reklam etmək üçün çox açıqlamalar verə bilər. Ancaq bu məlumat həqiqətə uyğun deyil. Tərlan Əhmədov, Bəxtiyar Musayev və Kamal Quliyev komandanı yaxşı istiqamətləndirir. Klub tərəfindən də onlara hər cür şərait yaradılıb”.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq