Əfran İsmayılov: "Məğlubiyyət gözlənilməz olmadı"

Əfran İsmayılov: "Məğlubiyyət gözlənilməz olmadı"
ÖLKƏ FUTBOLU 17 Sentyabr 2013 / 18:12 2891
-  A +

“Məğlubiyyət bizim üçün gözlənilməz olmadı. “Qarabağ”ın “Rəvan”la heç-heçə etməsi daha gözlənilməz idi. Çünki “Xəzər Lənkəran” çempionluğa oynayan, iddialı bir komandadır”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Bakı” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov “Xəzər Lənkəran”la (1:2) oyun haqda danışarkən deyib.

Milli komandamızın üzvü məğubiyyətin səbəbləri haqda danışıb. Qeyd edib ki, “Bakı” öz oyununu göstərə bilməyib: “Meydançanın bərbad vəziyyətdə olmağı oynamağa imkan vermədi. Hücumlara tez qoşula bilmirdik. Həm də “Xəzər Lənkəran” sonuncu pillələrdə olmağına baxmayaraq bütün rəqibləri ilə başabaş mübarizə aparıb. Yəni zəif komanda deyil. Çətin rəqiblə qarşılaşmağımıza baxmayaraq hesabı da aça bilmişdik. Ancaq dediyim kimi meydançanın çox pis vəziyyətdə olması məğlubiyyətimizə gətirib çıxardı. “Xəzər Lənkəran” və bizim son nəticərimizə görə komandamızda qətiyyən arxayınçılıq yox idi. Çünki rəqibi zəif saymırdıq. Ancaq ikinci hissədə bizdə bir qədər arxayınlaşma oldu. Buna görə də ikinci qolu qapımızda gördük. Açığını deyim ki, rəqib bizdən istəkli idi. Qələbəyə görə onları təbrik edirəm. Bu məğlubiyyəti unutmalıyıq. Qarşıda bizi gərgin oyunlar gözləyir”.

Ə.İsmayılov görüşün baş hakimi Ramil Diniyevin “Bakı”nın qapısına verdiyi mübahisəli penalti qərarına da münasibət bildirib: “Heç vaxt hakimlik haqda danışmıram. Bunun üçün müvafiq qurumlar var. Düzdü, oyun çox gərgin keçdi, bir neçə mübahisəli epizodlar oldu. Ancaq hakimin qərarına həmişə hörmətlə yanaşmaq lazımıdır. Əgər hakim öz qərarı haqda məndən soruşsa, ona cavab verərdim. Ancaq hakimin qərarını başqa cür müzakirə edə bilmərəm. Bunu Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov daha yaxşı bilər”.

Daha çox


Son xəbərlər