Rövnəq Abdullayev: "60 min söhbəti yalandır"

Rövnəq Abdullayev: "60 min söhbəti yalandır"
ÖLKƏ FUTBOLU 16 Sentyabr 2013 / 19:06 4759
-  A +

"Milli komanda İsraildə çox yaxşı çıxış etdi. Ancaq onu deyim ki, futbolçular pula görə yox, vətənə, xalqa görə oynadılar. Buna görə də oyunçularına 60 min dollar verilməsi haqqında yazılanlar yalan söhbətdir".

Qol.Az-ın məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

R.Abdullayev "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində İsraillə heç-heçədən sonra (1:1) millimizin futbolçularının hər birinə 60 min dollar mükafat verilməsi ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirib:
 
"Təbii ki, millimiz İsraildə qələbə də qazana bilərdi. Lakin şanslardan yararlana bilmədilər və səfərdən 1 xalla qayıtdılar. Bununla belə, heç-heçəyə görə onlara pul mükafatı verəcəyimiz doğru məlumatdır. Ancaq mükafat olaraq hər bir futbolçuya 60 min dolların veriləcəyi yalandır".

Daha çox


Son xəbərlər