"Qəbələ” klubunun yarımmüdafiəçisi Amit Quluzadənin Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın VI turunda AZAL-a qalib gəldiniz. Görüş haqda təəssüratlarını bilmək istərdik.
- AZAL-la oyun bizim üçün çox vacib idi. Çünki rəqibimiz bizi üç xal qabaqlayırdı. Əgər uduzsaydıq, AZAL-la 6 xal fərqimiz olacaqdı. Bunları yaxşı dərk edirdik. Baxmayaraq ki, AZAL öz meydanında çox mübariz komandadır, çalışdıq ki, qol buraxmayaq. Nəticədə görüşün 40 dəqiqəsini azlıqda keçirsək də, 2:1 hesablı qələbə qazandıq. Hakim məni meydandan qovsa da, futbolçularımız demək olar ki, bir hissə ərzində qələbəni qoruya bildilər. Buna görə onlara təşəkkür edirəm.
- Hakimin qərarından narazı qaldınmı?
- Heç vaxt hakim və ya rəqib komanda haqda mənfi danışmamışam. Ancaq bu dəfə daha ürəyim dözmür, bir neçə söz demək istəyirəm. Oyunda həddindən artıq qayda pozuntusu oldu. Ancaq AZAL meydan sahibi olduğu üçün baş hakim (Əliyar Ağayev nəzərdə tutulur – red.) bütün qayda pozuntularını bizim əleyhimizə verirdi. Bununla barışmaq olar. Ancaq bir məsələ də var ki, cəmi üç dəfə qayda pozmuşam, onun ikisində sarı vərəqə almışam. Bu necə ola bilər? Birinci sarı vərəqə ilə tam razıyam. O ki qaldı ikinci sarı vərəqə epizoduna, AZAL-ın futbolçuları bəlkə də 10-15 dəfə həmin formada qayda pozuntusuna yol verdilər. Niyə onlara da sarı vərəqə göstərilmədi? Mənim epizodum çox sadə ikili qarşılaşma idi. Hakimin qərarı mənə çatmadı. Sanki o gözləyirdi ki, bir qayda pozuntusuna yol verim, məni oyundan qovsun. Heç olmasa, hakim Əliyar Ağayev milli komandanın futbolçusu olmağımı nəzərə almalı idi.
- Ola bilərmi oyun ərzində hakimə etiraz və bu kimi epizodlara görə o səni cəzalandırıb?
- Əliyar Ağayevi yaxşı tanıyıram. Oyun ərzində ona dedim ki, cavan olmağına baxmayaraq, yaxşı hakimsən, mən də cavan oyunçuyam. Ona görə məni başa düş. Xahiş edirəm ki, ikinci epizodda mənə sarı vərəqə göstərsən, elə et ki, dəqiq sarı vərəqəlik qayda pozuntusu olsun. Elə belə epizodda mənə güzəşt etməyini istədim. O da sağ olsun “güzəşt” etdi. Sözümə qulaq asdı.
- Bəlkə elə bu sözün hakimin xoşuna gəlməyib?
- Mən azərbaycanlı futbolçuyam. Əliyar da uqandalı deyil. Sakit, mədəni şəkildə, məsləhət kimi dedim ki, mənim mövqeyim həmişə mübarizə zonasıdır. Rəqib komandanın hücumlarının qarşısını almaqda çox fəal olmalıyam. Buna görə mənə güzəşt olunmalı idi.
- Hazırda “Qəbələ” 12 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb. Mövsümün başlanğıcı üçün bu nəticəni necə sayırsınız?
- Üçüncü yerdə olsaq da, liderlərdən bizi cəmi bir xal ayırır. “Sumqayıt” və “Qarabağ”la ən azı heç-heçə etsəydik, indi birinci pillədə idik. Ancaq indiki nəticələr hələ heç nə demək deyil. Çünki çempionat hələ qabaqdadır. Komandalar arasında 10 xallıq fərq olsa da, həvəsdən düşmək olmaz. Başlanğıc üçün nəticəmiz kifayət qədər yaxşıdır. Ancaq bundan da yaxşısına qadirik.
- Növbəti oyununuz “Rəvan”ladır. Bu komandadan 3 xal almaq şansınızı necə görürsən?
- “Rəvan”a qarşı çıxış edə bilməyəcəm. Ancaq “Qəbələ” bir futbolçudan asılı deyil. Mövqeyimdə oynaya bilən çox yaxşı futbolçularımız var. “Rəvan”la oyunda da çox vacib olan 3 xalı qazanmağa çalışacağıq. Onu da qeyd edim ki, Daniel Subotiçin komandaya gəlməyi bizə çox kömək etdi. Məncə, hücum xəttində onun “Qəbələ”yə çox xeyri dəyəcək. Həqiqətən bu futbolçunu bəyənirəm və ona böyük ümid bəsləyirəm.
Ramiq AĞAMƏMMƏDOV
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...
"Fənərbaxça" Şimanski ilə sağollaşır?
"Barselona" İngiltərə klubunun futbolçusuna göz dikdi
Mbappe də Mərakeşə yollanır
"Turan Tovuz"un qış hazırlıq planı müəyyənləşdi
"Karvan-Yevlax" legioneri ilə yollarını ayırdı
Maradonanın cırılmış forması rekord məbləğə satıldı
"Milan"ın çempion olmağı çətin görünür"
1-ci liqada ilin son oyunları keçirildi
İlin ən yaxşı qadın hakimləri - Siyahı
Qara Qarayev "Araz-Naxçıvan"la müqaviləsini ləğv etdi
“Barselona”nın transfer planı
Dünyanın ən bahalı heyətə malik klubları
İdmançılar təltif edildi - Prezidentdən Sərəncam
Bekhemlər ailəsində qalmaqal - Ata-anasını blokladı
Kurtuaya 90 milyonluq təklif
Afrika Millətlər Kubokuna qələbə ilə başladılar - Video
"Atletiko" onu icarəyə verdi
Futbolçu oyun zamanı vəfat etdi
PSJ-nin gözü “Real”ın futbolçusunda
Azərbaycanda futbolçular arasında dava düşdü - Video
Dünyanın ən bahalı idman klubu yenə onlar oldu
"Zirə"nin futbolçusu Millətlər Liqası oyununa çıxdı
"Tottenhem"in kapitanı cəzalı vəziyyətə düşdü
"Fənərbaxça" klubunun prezidenti saxlanıldı
Zidan oğlunu Mərakeşdə tribunadan izlədi
"Ronaldo Portuqaliya yığmasının əvəzolunmaz oyunçusudur"
“Çelsi”nin iki futbolçusu zədəsini sağaltdı
"Marsel"in hücumçusu İtaliya klubuna doğru yol aldı
"Atletiko"dan digər ispan klubuna keçdi
"Mançester Yunayted"də itkilər var
“Fənərbaxça” heyətini ilk onunla gücləndirəcək
“Neftçi” daha bir legioner ala bilər