Azərbaycan - Rusiya oyununun başlanma saatı açıqlanıb

Azərbaycan - Rusiya oyununun başlanma saatı açıqlanıb
ÖLKƏ FUTBOLU 13 Sentyabr 2013 / 12:46 2979
-  A +

2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də keçiriləcək Azərbaycan - Rusiya oyununun başlanma saatı açıqlanıb.

Qol.Az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, qrup mərhələsi çərçivəsində sonuncu oyunlar olduğu üçün FİFA-nın qərarı ilə qarşılaşma Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.

Qeyd edək ki, oyun 8-ci km qəsəbə stadionunda keçiriləcək. Bununla əlaqədar olaraq, AFFA rəhbərliyi iş vaxtının uzadılması ilə bağlı Bakı Metropoliteninin rəhbərliyinə müraciət edəcək.
 

Daha çox


Son xəbərlər