Futbol üzrə 2020-ci il Avropa çempionatına ev sahibliyi etmək üçün artıq 20 şəhər namizədliyini irəli sürüb.
Qol.Az-ın məlumatına görə, ötən gün Avropanın milli federasiyaları ərizələrini rəsmən UEFA-ya təqdim ediblər.
Namizədlər şəhərlər sırasında Azərbaycan paytaxtı Bakının da adı var. Bakı ilə yanaşı, İstanbul (Tükiyə), London (İngiltərə), Sankt-Peterburq (Rusiya), Kiyev, Donetsk (hər ikisi Ukrayna), Minsk (Belarus), Praqa (Çexiya), Budapeşt (Macarıstan), Bazel (İsveçrə), Brüssel (Belçika), Bilbao (İspaniya), Lion (Fransa), Amsterdam (Hollandiya), Belqrad (Serbiya), Sofiya (Bolqarıstan), Lissabon və ya Portu (Portuqaliya), Qlazqo (Şotlandiya), Kardiff (Uels) və Dublin (İrlandiya) şəhərləri də "Avro-2020"yə ev sahibliyi etmək üçün yarışacaqlar.
Lakin çempionatın oyunları Avropanın 13 şəhərində keçiriləcək. Belə ki, turnirin iki yarımfinal və final matçları bir şəhərdə təşkil olunacaq. Qalan şəhər və stadionlarda isə qrup, 1/8 final və 1/4 final oyunlarının keçirilməsi nəzərdə tutulub. "Avro-2016"da olduğu kimi "Avro-2020"nin final mərhələsində də 24 yığmağının iştirakı gözlənilir.
Qeyd edək ki, "Avro-2020"yə ev sahibliyi edəcək namizəd şəhərlərin adları UEFA İcraiyyə Komitəsinin 19-20 sentyabr aralığında Xorvatiyada keçiriləcək iclasında təsdiqlənəcək.
Əlavə edək ki, UEFA Avropa çempionatının oyunlarının hansı şəhərlərdə keçiriləcəyini 2014-cü ilin sentyabr ayında açıqlayacaq.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı