UEFA klubların 2013/14 mövsümü və son beş mövsüm (2009/10, 2010/11, 2011/12, 2012/13 və 2013/14) üçün reytinq cədvəllərini açıqlayıb.
Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, cari mövsüm üçün hazırlanan siyahıda Azərbaycan klubları arasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdur.
Ağdam təmsilçisi 237 komandanın yer aldığı siyahıda 43-cü yeri tutur. “Neftçi” 74-cü, “Xəzər Lənkəran” 119-cu, “İnter” isə 120-ci pillədə qərarlaşıb.
Hələlik bu siyahıya Rumıniyanın “Styaua” komandası başçılıq edir. Lakin avrokuboklarda qrup mərhələsinin və qarşıda hələ pley-off oyunlarının da keçiriləcəyini nəzərə alsaq, reytinq siyahısında köklü dəyişikliyin olacağı dəqiqdir.
Son beş mövsümün siyahısında da Azərbaycan klubları arasında “Qarabağ” liderdir. Bu mövsüm Avroliqanın pley-off mərhələsinə qədər gələn Qurban Qurbanovun komandası 453 komanda arasında 189-cu yeri tutur. Bununla da ötən mövsümün yekununda 228-ci yerdə olan Ağdam təmsilçisi 39 pillə irəliləməyə nail olub.
Son mövsümdə “Qarabağ”dan bir pillə irəlidə - 227-ci yerdə olan “Neftçi” də budəfəki reytinqdə irəliləyib. Lakin “ağ-qaralar” 28 pillə önə gedib 199-cu yeri tutsa da, ümumi göstəricidə “Qarabağ”dan 10 pillə geridə qalır.
Reytinq sihasında Azərbaycanın digər təmsilçilərindən “İnter” 276-cı, “Bakı” 279-cu, “Xəzər Lənkəran” 299-cu, AZAL 377-ci, “Simurq” isə 379-cu yeri tutur. Son beş mövsümün reytinq siyahısına “Barselona” başçılıq edir. “Bavariya” ikinci, “Real” (Madrid) isə üçüncüdür.
Ümumilikdə Azərbaycan isə UEFA-nın reytinqində bu mövsüm üçün hələlik 19-cu, beş mövsümlük göstəriciyə əsasən 30-cu yeri tutur.
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...
"Fənərbaxça" Şimanski ilə sağollaşır?
"Barselona" İngiltərə klubunun futbolçusuna göz dikdi
Mbappe də Mərakeşə yollanır
"Turan Tovuz"un qış hazırlıq planı müəyyənləşdi
"Karvan-Yevlax" legioneri ilə yollarını ayırdı
Maradonanın cırılmış forması rekord məbləğə satıldı
"Milan"ın çempion olmağı çətin görünür"
1-ci liqada ilin son oyunları keçirildi
İlin ən yaxşı qadın hakimləri - Siyahı
Qara Qarayev "Araz-Naxçıvan"la müqaviləsini ləğv etdi
“Barselona”nın transfer planı
Dünyanın ən bahalı heyətə malik klubları
İdmançılar təltif edildi - Prezidentdən Sərəncam
Bekhemlər ailəsində qalmaqal - Ata-anasını blokladı
Kurtuaya 90 milyonluq təklif
Afrika Millətlər Kubokuna qələbə ilə başladılar - Video
"Atletiko" onu icarəyə verdi
Futbolçu oyun zamanı vəfat etdi
PSJ-nin gözü “Real”ın futbolçusunda
Azərbaycanda futbolçular arasında dava düşdü - Video
Dünyanın ən bahalı idman klubu yenə onlar oldu
"Zirə"nin futbolçusu Millətlər Liqası oyununa çıxdı
"Tottenhem"in kapitanı cəzalı vəziyyətə düşdü
"Fənərbaxça" klubunun prezidenti saxlanıldı
Zidan oğlunu Mərakeşdə tribunadan izlədi
"Ronaldo Portuqaliya yığmasının əvəzolunmaz oyunçusudur"
“Çelsi”nin iki futbolçusu zədəsini sağaltdı
"Marsel"in hücumçusu İtaliya klubuna doğru yol aldı
"Atletiko"dan digər ispan klubuna keçdi
"Mançester Yunayted"də itkilər var
“Fənərbaxça” heyətini ilk onunla gücləndirəcək
“Neftçi” daha bir legioner ala bilər