“Qəbələ”nin baş məşqçisi Yuri Syomin oktyabrda Azərbaycan və Rusiya milli komandaları arasında keçiriləcək dünya çempionatının qrup mərhələsinin son seçmə oyunu ilə bağlı fikirlərini açıqlayıb. Qol.Az-ın məlumatına görə, “Sport den za dnem” nəşrinə müsahibəsində rusiyalı mütəxəssis qeyd edib ki, Fabio Kapellonun komandasını Bakıda çətin matç gözləyir.
“Əmin ola bilərsiniz ki, Azərbaycan komandası sonadək mübarizə aparacaq və layiqli müqavimət göstərəcək. Rusiya millisi buna hazır olmalıdır. Mən çoxdan deyirəm ki, Kapellonun komandasının taleyi Bakıdakı oyunda həll olunacaq. Meydan sahibləri bu görüşə yaxşı köklənib güclü mübarizə aparacaqlar. Bu, keçmiş SSRİ komandaları arasındakı oyunlarda baş verir. Azərbaycan millisi hazırlıqlıdır. Azarkeşlərinin emosional dəstəyindən çox asılıdır. Stadionun tribunaları ağzınadək dolacaq. Dəstək o qədər güclü olacaq ki, qonaqlar çətinliklə üzləşəcəklər”.
Y.Syomin qeyd edib ki, Azərbaycan millisində ulduz oyunçular olmasa da, futbolçularının təcrübəsi var: “Yeri gəlmişkən, Azərbaycan millisi müdafiədə yaxşı oynayır. Bu istiqamətdə daha da artırıblar. Hücumçuları isə həmişə olub”.
Xatırladaq ki, millimizin yer aldığı qrupda DÇ-2014-ün final mərhələsində birbaşa oynamağa imkan verən yeganə vəsiqə uğrunda qrup lideri Rusiya ilə ikinci yerdə olan Portuqaliya mübarizə aparır.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar