“Rəvan” klubunun müdafiəçisi Aqil Nəbiyevin Qol.Az saytına müsahibəsi
- Yeni klubunda vəziyyət necədir? Komandaya uyğunlaşa bilmisən?
- Hər şey qaydasındadır. Mən “Rəvan”a gələndə komanda ardıcıl 4 dəfə uduzmuşdu. Əhval-ruhiyyə yaxşı deyildi. Bir neçə məşqimiz oldu. Daha sonra “Sumqayıt”la oyunda qalib gəldik. İndi vəziyyət normaldır. Növbəti oyuna hazırlaşırıq.
- Həmişə iddialı klublarda çıxış etmisən. İndi autsayder olan “Rəvan”da sənə çətin olmayacaq?
- Hər bir işdə çətinlik var. Əsas odur ki, o çətinliyə qalib gələsən, komandanı pis vəziyyətdən qurtara biləsən.
- “Rəvan”a gəlişin necə oldu?
- Özüm qərar verdim ki, “Bakı”dan ayrılım. Çünki mən oynamadığım komandada qalmaq istəmirəm. Baş məşqçi Milinko Pantiç "Bakı"ya öz adamlarını gətirdi. Mən də ehtiyatda qalanda düşündüm ki, komandadan ayrılım. AZAL-da 6 altı il oynamışdım. Ancaq ehtiyatda qaldığımı görəndə o komandadan da ayrıldım. “Bakı”dan da bu səbəbdən getdim. Başqa heç bir problem olmayıb. Oynamadığım yerdə heç vaxt qalmaram. Rəhbərliklə görüşdüm, sözümü bildirdim. İcarə əsasında “Rəvan”a gəlmişəm. Yaxşı olarsa, burda qalaram, olmazsa, başqa variantlar fikirləşərik. Ancaq dediyim kimi çempionatın IV turundan sonra “Bakı”dan ayrılası oldum. Daha əvvəl olsaydı, başqa klublara da keçə bilərdim. “Rəvan”ı da başqa klublardan zəif hesab etmirəm. Demək istəyirəm ki, başqa variantlar da ola bilərdi.
- Növbəti turda sizi “Qarabağ”la çətin oyun gözləyir. Bu görüş haqda nə düşünürsünüz?
- Çempionatda zəif komanda yoxdur. Hər bir komandaya qarşı oyunlar çətin keçir. Çalışırıq ki, çətinliklərə baxmayaraq hər bir oyuna hazır olaq. “Sumqayıt” üzərində qələbədən sonra komandamızda ab-hava yaxşıdır. Hər şey gözləmək olar. “Qarabağ”a qalib gəlmək də olar. “Rəvan”da pis futbolçu yoxdur. Hamısı yaxşı keyfiyyətlərə malik oyunçulardır. Sadəcə komanda mövsümə yaxşı başlamayıb. Ona görə də futbolçularda ruh düşgünlüyü olub. Çalışacağıq ki, “Qarabağ”la oyundan 3 xal götürək.
- “Qarabağ”a necə qalib gəlmək olar?
- Məğlubedilməz komanda yoxdur. Keçən oyun AZAL-n “Qarabağ”a qalib gəlməyi də bunu göstərdi. Az bir büdcəsi olan komanda “Qarabağ”ı məğlub etdi. Əsas odur ki, komandada birlik olsun. Kollektiv mübarizə olan yerdə hər şey mümkündür.
- Milli komandamız “DÇ-2014”ün seçmə mərhələsində İsrail səfərindən bir xalla döndü. Yığmamızın oyun haqda nə deyə bilərsən?
- Komandamız gözəl oyun nümayiş etdirdi. Hətta qələbə də qazana bilərdik. Son oyunlar göstərir ki, komandamız səfərdə də layiqli mübariə apara bilir. İnanıram getdikcə millimiz bundan yaxşı nəticələr qazanacaq.
- Berti Foqts yenə sənə dəvət göndərmədi. Özünü milli komandaya kömək etməyə hazır sayırsan?
- Mən Foqtsu qınamıram. Çünki baş məşqçi futbolçulara dəvət göndərəndə mən üç tur idi ki, oynamırdım. Bu səbəbdən məni hazırlıqsız hesab edib. Ancaq bundan sonra həmişə milli komandanın şərəfini qorumağa hazıram.
Ramiq AĞAMƏMMƏDOV
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...
"Fənərbaxça" Şimanski ilə sağollaşır?
"Barselona" İngiltərə klubunun futbolçusuna göz dikdi
Mbappe də Mərakeşə yollanır
"Turan Tovuz"un qış hazırlıq planı müəyyənləşdi
"Karvan-Yevlax" legioneri ilə yollarını ayırdı
Maradonanın cırılmış forması rekord məbləğə satıldı
"Milan"ın çempion olmağı çətin görünür"
1-ci liqada ilin son oyunları keçirildi
İlin ən yaxşı qadın hakimləri - Siyahı
Qara Qarayev "Araz-Naxçıvan"la müqaviləsini ləğv etdi
“Barselona”nın transfer planı
Dünyanın ən bahalı heyətə malik klubları
İdmançılar təltif edildi - Prezidentdən Sərəncam
Bekhemlər ailəsində qalmaqal - Ata-anasını blokladı
Kurtuaya 90 milyonluq təklif
Afrika Millətlər Kubokuna qələbə ilə başladılar - Video
"Atletiko" onu icarəyə verdi
Futbolçu oyun zamanı vəfat etdi
PSJ-nin gözü “Real”ın futbolçusunda
Azərbaycanda futbolçular arasında dava düşdü - Video
Dünyanın ən bahalı idman klubu yenə onlar oldu
"Zirə"nin futbolçusu Millətlər Liqası oyununa çıxdı
"Tottenhem"in kapitanı cəzalı vəziyyətə düşdü
"Fənərbaxça" klubunun prezidenti saxlanıldı
Zidan oğlunu Mərakeşdə tribunadan izlədi
"Ronaldo Portuqaliya yığmasının əvəzolunmaz oyunçusudur"
“Çelsi”nin iki futbolçusu zədəsini sağaltdı
"Marsel"in hücumçusu İtaliya klubuna doğru yol aldı
"Atletiko"dan digər ispan klubuna keçdi
"Mançester Yunayted"də itkilər var
“Fənərbaxça” heyətini ilk onunla gücləndirəcək
“Neftçi” daha bir legioner ala bilər