Bu gün "DÇ-2014"ün seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Qol.Az-ın məlumatına görə, millimizin yer aldığı F qrupunda iki oyun baş tutub.
Rusiya millisi öz meydanında İsraili qəbul edib. Doğma meydanda yığmamıza qalib gələ bilməyən İsrail millisi bu uğursuz nəticəni unutdurmağa çalışacaqdı. Lakin bu görüşdə 3:1 hesabı ilə qələbə qazanan Rusiya millisi qrup liderliyinə yüksəlib.
Digər oyunda isə qrupun autsayderi Lüksemburq Şimali İrlandiya ilə qarşılaşıb. Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansını itirən komandaların oyunu reytinq baxımından əhəmiyyətli idi. Bu oyunda 3:2 hesabı ilə qələbə qazanan Lüksemburq millisi turnir cədvəlində yığmamızı qabaqlayaraq beşinci pilləyə yüksəlib.
10 sentyabr
F qrupu
"DÇ-2014"ün seçmə mərhələsinin oyunu
20:00. Rusiya - İsrail - 3:1
Qollar: Berezutski, 49 (1:0), Kokorin, 52 (2:0), Qluşakov, 75 (3:0), Zahavi, 90+3 (3:1)
23:15. Lüksemburq - Şimali İrlandiya - 3:2
Qollar: Paterson, 14 (0:1), Yoahim, 45 (1:1), Bensi, 78 (2:1), Makauley, 82 (2:2), Yaniş, 87 (3:2)
| 1. | Rusiya | 8 | 6 | 0 | 2 | 17 |
| 2. | Portuqaliya | 8 | 5 | 2 | 1 | 15 |
| 3. | İsrail | 8 | 3 | 3 | 2 | 12 |
| 4. | Şimali İrlandiya | 8 | 1 | 3 | 4 | 6 |
| 5. | Lüksemburq | 8 | 1 | 3 | 4 | 6 |
| 6. | Azərbaycan | 8 | 0 | 5 | 3 | 5 |
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar