"Avro-2020"yə ev sahibliyi edəcək namizəd şəhərlərin adları UEFA İcraiyyə Komitəsinin 19-20 sentyabr aralığında Xorvatiyada keçiriləcək iclasında müəyyənləşəcək.
Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iki gün davam edəcək iclasda "Avro-2020"yə ev sahibliyi etmək istəyən şəhərlərin siyahısı təsdiqlənəcək.
Əvvəlki illərlə müqayisədə "Avro-2020"nin final mərhələsinin oyunları bir və ya iki ölkədə deyil, Avropanın 13 fərqli şəhərində keçiriləcək. Həmin şəhərlər sırasında Azərbaycan paytaxtı Bakının da adı var. "Avro-2016"da olduğu kimi "Avro-2020"nin final mərhələsində də 24 yığmağının iştirakı gözlənilir.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin növbəti iclasının bu ilin dekabr ayında (12-13), İspaniyanın Bilbao şəhərində keçirilməsi nəzərdə tutulub.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar