Lippert: "Futbolçularımız verilən tapşırıqları dərk etmir"

Lippert: "Futbolçularımız verilən tapşırıqları dərk etmir"
ÖLKƏ FUTBOLU 9 Sentyabr 2013 / 00:05 2915
-  A +

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş İsrail – Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Bernhard Lippert oyun haqda fikirlərini bildirib.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, almaniyalı mütəxəssis futbolçularından narazı qaldığını deyib: 

“Bu gün bizim ifamızda futbol adına heç nə görmədik. Oyunun axarını dəyişə biləcək futbolçu tapa bilmədik. İki əsas futbolçumuz milli komandanın heyətində oynadı və bu gün onların alternativi olmadı. Sözün doğrusu, hansısa oyuna bu dərəcədə hazırlaşmağımız yadıma gəlmir. Sanki futbolçularımız verilən tapşırıqları dərk etmir”.

Daha çox


Son xəbərlər