“Milli komandamızın İsraildən xalla dönəcəyini gözləmirdim. Çünki rəqibin Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün şansı var idi. Şansı olan komanda isə meydanda bütün varlığını qoymalı idi ki, qələbə qazansın. Ancaq çox sevinirik ki, komandamız buna imkan vermədi”.
Qol.Az saytına açıqlamasında bu sözləri “Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi Yunis Hüseynov milli komandamızın İsraillə oyunu (1:1) haqda danışarkən deyib.
Təcrübəli mütəxəssis millimizin yaxşı oyun sərgilədiyini bildirib. O, həmçinin komandamızın qələbəsində İsrail yığmasının çox zəif çıxış etməsinin böyük rolu olduğunu qeyd edib: “Nəticədən əlavə futbolçularımız da yaxşı təsir bağışladı. Düzdü, istifadə edə bilmədiyimiz qol epizodları da oldu. Ancaq bütün oyunçularımız meydançada vuruşdular və 90 dəqiqə əzmkarlıq göstərdilər. Top saxlamağı yaxşı bacarırdıq. Bu oyuna görə onları təbrik edirəm. İsrail millisi də çox zəif oynadı. Onların bu qədər pis oyununu hələ görməmişdim. Qolu da öz səhvimizdən buraxdıq. Ancaq oyun olan yerdə səhv də olur. İsraildən bir xalla dönmək də yaxşı nəticədir”.
Y.Hüseynov millimizin “DÇ-2014”-ün seçmə mərhələsində oktyabrın 11-də Şimali İrlandiya ilə oyunda da xal qazanacağına inandığını bildirib: “Şimali İrlandiyanın həm Portuqaliya, həm də Rusiya ilə oyununu izlədim. Onlar həddindən artıq çılğın komandadır. Fiziki cəhətdən çox güclü, axıra qədər döyüşkən heyətə malikdirlər. Rəqiblə Bakıda bizim üçün çətin oyun olacaq. Amma xal götürə bilərik”.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar