"Azərbaycan millisinin 30 metrdən qol vuracağını gözləmirdik"

"Azərbaycan millisinin 30 metrdən qol vuracağını gözləmirdik"
ÖLKƏ FUTBOLU 8 Sentyabr 2013 / 14:34 6553
-  A +

"Bu oyunda mütləq qalib gələməli idik. Öz meydanımızda qələbə bizə çox vacib idi. Lakin Azərbaycan millisinin 30 metrdən qol vuracağını gözləmirdik. Bu, bütün planımızı pozdu".

Qol.Az-ın məlumatına görə, bu sözləri İsrail millisinin üzvü Tal Ben Haim Azərbaycanla oyun (1:1) haqqında danışarkən deyib.

Yerli mətbuata açıqlamasında təcrübəli futbolçu Azərbaycanla oyunda vacib iki xal itirdiklərini bildirib, nəticəyə çox üzüldüklərini qeyd edib: "Birinci hissədə yaxşı təsir bağışladıq. İkinci hissədə isə rəqib öz oyununu tapdı. Dünya Çempionatına getmək üçün şansımız var idi. Çox təəssüflənirik ki, öz meydanımızda üç xal qazanmaq şansından istifadə edə bilmədik.

İndi Rusiya ilə oyuna hazır olmalıyıq. Bu matçda yaxşı nəticədən başqa bir şey düşünmürük. Çünki qələbə qazanmaq məcburiyyətindəyik.  Rusiya ilə oyun bizm üçün II Dünya müharibəsi kimi olacaq".

Daha çox


Son xəbərlər