Berti Foqts: "Müdafiə futbolu oynamaq fikrində deyilik"

Berti Foqts: "Müdafiə futbolu oynamaq fikrində deyilik"
ÖLKƏ FUTBOLU 6 Sentyabr 2013 / 15:57 2647
-  A +

"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də İsrail yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun bu gün mətbuat konfransı keçirilib.
 
Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis İsraildə müdafiə futbolu oynamaq fikrində olmadıqlarını bildirib:
 
"Bilirik ki, İsrail yığması güclü komandadır. Bununla belə, futbolçularıma inanıram. Rəşad Sadıqovun kapitan kimi liderlik keyfiyyətlərini göstərəcəyinə ümid edirəm. Rəqibin hücum xəttində güclü futbolçuları var. Məhz bu səbəbdən Rəşaddan çox şey asılı olacaq.

Mahir Şükürovdan təkcə hücumda yox, müdafiədə də fəallıq gözləyirəm. Kamran Bakıdakı oyunda yol verdiyi səhvi təkrarlamamalıdır. Bizi burada çox yaxşı qarşıladılar. Məşq üçün şərait də yaxşıdır. İsraildə ilk dəfə 1969-cu ildə olmuşam. Ötən illər ərzində bu ölkənin futbolu inkişaf yolu keçib. Bu seçmə mərhələdə Portuqaliya yığmasına qarşı nümayiş etdirdikləri oyun böyük inkişafın göstəricidir. Burada müdafiə futbolu oynamaq fikrində deyilik. Sabahkı oyunda bizim də şansımız var".

Daha çox


Son xəbərlər