Naxçıvanın “Araz” klubunun baş məşqçisi Əsgər Abdullayevin Qol.Az saytına müsahibəsi
- Artıq birinci divizionda püşk atılıdı, rəqibiniz bilindi. “Araz” çempionata hazırdırmı?
- Yüz faiz hazır olmasaq da, xeyli işlər görmüşük. Çalışmışıq ki, maksimum dərəcədə komandanı formalaşdıraq. Mübarizə aparmağa hazırıq.
- İlk oyunda “Turan”la qarşılaşacaqsınız. Bu komandanın ən azından uzun müddət Premyer Liqa təcrübəsi var. Bu baxımdan çətin rəqiblə düşdüyünüzü demək olar?
- “Turan” Azərbaycan müstəqilllik əldə etdikdən sonra hər il çempionatda çıxış etmiş komandadır. Həmişə yaxşı futbolçular yetişdirib. İndi də təcrübəli oyunçuları var. Əlbəttə, hesab edirəm ki, bizə ən çətin rəiqblərdən biri düşüb.
- Digər komandalardan fərqli olaraq “Araz” sıfırdan qurulur. Bu, çempionatda özünü göstərə bilərmi?
- Əgər “Araz” qarşısına məqsəd qoyubsa, yəqin ki nəyəsə qadirdir. Hər halda çalışacağıq hər bir oyuna həlledici qarşılaşma kimi çıxaq. Qarşısına məqsədlər qoymuş komanda hər bir oyuna axırıncı oyun kimi yanaşmalıdır. Hər bir futbolçumuz fikirləşməlidir ki, bu oyun məndən asılıdır. Belə olsa, kollektiv şəkildə öz gücümüzü göstərə bilərik. Çalışıram bunları futbolçuların beyninə yeridim, onlar futbolu dərk etsinlər. Belə bir şəraitdə olan komandanın futbolçuları meydanda əlindən gələni etməlidir.
- Bir neçə yoldaşlıq oyunu keçirdiniz. Futbolçular nə dərəcədə qane etdi sizi?
- Tam şəkildə qane olmasam da, irəliləyiş hiss edirəm. Hansı komandada irəliləyiş varsa, orda nəyəsə ümid etmək olar. Əsas odur ki, komandamızın potensialı var. Gələcəkdə yaxşı bir heyət formalaşacağını demək olar. İndi isə futbolçuların üzərinə düşür ki, hər biri etimadı doğrultsun.
- Yəqin ki, yerli futbolçulara üstünlük verirsiniz. Heyətdə neçə nəfər naxçıvanlı futbolçu var?
- Hazırda 5-6 yerli futbolçu var.
- Neçə illərdir ki, Naxçıvan futbolsuz qalıb. Oradan oyunçu seçməkdə çətinlik çəkirsinizmi?
- Qeyd etdiyiniz kimi uzun müddətdir ki, Naxçıvanda böyük futbol yoxdur. Buna baxmayaraq, burada uşaq futbolu var. Bir müddət yerli futbolçuların axtarışında oldum. Yetərincə gələcəyi olan futbolçular tapmaq olar. Gələcəkdə də çalışacağıq ki, yerli futbolçulara üstünlük verək. Çünki bu bölgədə futbolçu yetişir. Düşünürük ki, əvəzedici heyət kimi bir komanda yaradaq ki, Naxçıvan çempionatında iştirak etsin. Yəni bizim fikrimiz tək “Araz” klubunu yox, ümumilikdə Naxçıvan futbolunu inkişaf etdirməkdir. Bu da tək adamın işi deyil. Hamımız birləşməliyik və üzərimizə götürdüyümüz bu işin öhdəsindən gəlməliyik. Yenə deyirəm Naxçıvanda istedadlı futbolçular çoxdur. Çalışacağıq ki, heyəti 30-40 faiz naxçıvanlı futbolçulardan quraq.
- Komandaya legioner futbolçular dəvət etmək fikriniz varmı?
- Fikirləşirik ki, hələlik ölkə daxilində olan legionerlərdən istifadə edək. Gələcəkdə qismət olsa, güclülər dəstəsinə çıxsaq, əlbəttə ki, lazım olan transferlər edəcəyik. Naxçıvan futbolunun inkişafı üçün müddət lazımdır. Bir ilə çox da böyük inkişafa nail olmaq çətindir.
- Bu mövsüm üçün hansı hədəflər üçün çalışacaqsınız?
- Mənim məqsədim, istədiyim güclülər dəstəsinə qayıtmaqdır. Bunu futbolçular və azarkeşlər də istəyir. Çalışacağıq ki, bu istəyimizi elə ilk mövsümdə həyata keçirəcək.
- Milli komandamız sabah səfərdə İsrail yığmazı ilə qarşılaşacaq. Görüş haqda fikirlərinizi bilmək istərdik.
- Hər bir azərbaycanlı kimi mən də istərdim ki, komandamız səfərdən yaxşı nəticə ilə qayıtsın. Amma rəqib çox güclüdür. Həm də bu oyun İsrail üçün də çox vacibdir. Buna görə də komandamızı ağır oyun gözləyir. Lakin məğlubedilməz rəqib yoxdur. Millimizə uğurlar arzulayıram.
- Azərbaycan millisinin sabiq baş məşqçisi kimi komandamızın hazırkı vəziyyəti ilə bağlı nə deyə bilərsiniz? Foqtsun oyun sistemini bəyənirsiniz?
- Heç vaxt məşqçinin işini müzakirə etmirəm. Oyundan sonra, baş məşqçinin fikirlərini eşitdikdən sonra hanısısa fikir söyləmək olar. Bu məsələlərə siz qiymət versəniz, daha yaxşı olar. Mənim nəsə söyləməyim müzakirələrə səbəb ola bilər.
Ramiq AĞAMƏMMƏDOV
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...
"Fənərbaxça" Şimanski ilə sağollaşır?
"Barselona" İngiltərə klubunun futbolçusuna göz dikdi
Mbappe də Mərakeşə yollanır
"Turan Tovuz"un qış hazırlıq planı müəyyənləşdi
"Karvan-Yevlax" legioneri ilə yollarını ayırdı
Maradonanın cırılmış forması rekord məbləğə satıldı
"Milan"ın çempion olmağı çətin görünür"
1-ci liqada ilin son oyunları keçirildi
İlin ən yaxşı qadın hakimləri - Siyahı
Qara Qarayev "Araz-Naxçıvan"la müqaviləsini ləğv etdi
“Barselona”nın transfer planı
Dünyanın ən bahalı heyətə malik klubları
İdmançılar təltif edildi - Prezidentdən Sərəncam
Bekhemlər ailəsində qalmaqal - Ata-anasını blokladı
Kurtuaya 90 milyonluq təklif
Afrika Millətlər Kubokuna qələbə ilə başladılar - Video
"Atletiko" onu icarəyə verdi
Futbolçu oyun zamanı vəfat etdi
PSJ-nin gözü “Real”ın futbolçusunda
Azərbaycanda futbolçular arasında dava düşdü - Video
Dünyanın ən bahalı idman klubu yenə onlar oldu
"Zirə"nin futbolçusu Millətlər Liqası oyununa çıxdı
"Tottenhem"in kapitanı cəzalı vəziyyətə düşdü
"Fənərbaxça" klubunun prezidenti saxlanıldı
Zidan oğlunu Mərakeşdə tribunadan izlədi
"Ronaldo Portuqaliya yığmasının əvəzolunmaz oyunçusudur"
“Çelsi”nin iki futbolçusu zədəsini sağaltdı
"Marsel"in hücumçusu İtaliya klubuna doğru yol aldı
"Atletiko"dan digər ispan klubuna keçdi
"Mançester Yunayted"də itkilər var
“Fənərbaxça” heyətini ilk onunla gücləndirəcək
“Neftçi” daha bir legioner ala bilər
"Karvan-Yevlax"ın qış hazırlıq planı bəlli oldu
Bu şəhərdə bütün futbol matçları təxirə salındı