“Kəpəz” klubunun yeni prezidentinin və baş məşqçisinin adı məlum olub.
Qol.Az-ın məlumatına görə, Gəncə futbolunun kuratoru Mehman Allahverdiyev klub prezidenti, milli komandamızın sabiq üzvü, tanınmış futbolçu Vidadi Rzayev isə baş məşqçi təyin olunub.
Onun köməkçisi isə Azər Məmmədov olacaq. Qol.Az-ın müxbiri ilə söhbətində Vidadi Rzayev xəbəri təsdiqləyib. O qeyd edib ki, komandanın artıq birinci divizionda çıxışı dəqiqləşib və bunun üçün futbolçuların seçiminə başlanılıb:
“Sabahdan məşqlərə başlayacağıq. Siyahımızda 30-dan artıq futbolçu var. Onların baxışdan keçirib qərar verəcəyik. Dünən Mehman müəllimlə danışığımız oldu. “Kəpəz” birinci divizionda çıxış edəcək. Sabah keçiriləcək püşkatmanı gözləyirik”.
Qeyd edək ki, Vidadi Rzayev daha əvvəl “Kəpəz”, “Qəbələ” “Karvan” kimi komandalarda işləyib.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar