Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov DÇ-2014-ün seçmə mərhələsində milli komandamızın sentyabrın 7-də İsrail yığmasına qarşı keçirəcəyi oyun haqda Qol.Az saytının suallarını cavablandırıb.
- İsraillə görüş haqda nə deyə bilərsiniz?
- Hazırda ümidimiz xal ehtiyatını artırmağa qalıb. Rusiya millisinin Şimali İrlandiyaya uduzmağı İsrailin şasnlarını artırdı. Ona görə də İsrail millisi həm bizə, həm də ruslara qalib gəlməklə dünya çempionatına vəsiqə qazanmağa çalışırlar. Bu baxımdan çox çətin oyun olacaq. Rəqibin güclü azarkeş dəstəyi olacaq. Çünki komandalarına ümidləri var. Ancaq millimiz öz imicini qorumaq üçün yaxşı nəticə qazanmalıdır.
- Milli komandamızın Malta ilə oyunu nəyi deməyə əsas verir, İsraillə bacara bilərik?
- Həmin oyunda biz eksperimental heyətlə oynadıq. Müdafiədə və orta xəttə fərqli futbolçular oynayırdı. Yəqin ki, Foqts İsraillə oyuna tam fərqli heyət çıxaracaq. Futbolçular həmişə finişə yaxınlaşanada həvəslə oynayır. Seçmə mərhələni yaxşı tamamlamaq istəyirlər. İstərdim ki, bu həvəs oyunçularımızda qalsın.
- İsrail klublarına çox vaxt acınacaqlı şəkildə uduzuruq. Sizcə, milli komandalarla da bu baş verə bilər?
- Mən buna inanmıram. Çünki hazırda futbolçularımızda oyun təcrübəsi var. Avqust ayını bütöv şəkildə oynayıblar. Bəzi oyunçular Avroliqada çıxış edib. Ona görə düşünürəm ki, oyunçularımız hazırdırlar.
- Bəs, səfərdən xalla qayıtmaq şanslarımız nə dərəcədədir?
- Əsas odur ki, oyunun olsun. Komanda öz oyununu göstərə biləndə xal da qazanır, qalib də gəlir. Bir məsələ də var ki, İsrail millisinin heyətində böyük itkilər var. Onsuz da onlarda da oyunçu qıtlığı var. Futbolçularımız bilməlidir ki, 2016-cı ilə qədər töhvə vermək lazımdır. Bunun üçün də stabil oyun olmalıdır. Ən əsası isə Berti Foqtsun taktiki gedişindən çox şey asılıdır. Əgər İsraildə yenə müdafiədə oturacağıqsa, işimiz ağır olacaq. Çünk iki variant var; ya sən hücum etməlisən, ya da rəqib. Məncə, İsrail oynamağa imkan verəcək. Çünki Bakıdakı oyunda da gördük ki, onlar topla oyunu sevir. Belə komandalar həmişə imkan verir ki, rəqib də topla oynasın, görək kim qalib gələcək.
- Foqts yenə də daha çox müdafiəyə meyilli heyət təşkil edib. Düşünürsüz ki, İsraillə hücumameyilli oynamaq lazımdır?
- Həmişə müdafiə futbolu oynayırıq. Guya belə oyunda məğlubiyyətdən uzaq oluruq? Sadəcə böyükhesablı uduzmuruq. Ancaq yenə də 1-2 top fərqi ilə uduzuruq. Bununla da xalsız qalırıq. Kim deyə bilərdi ki, Lüksemburqa öz meydanımızda qalib gələ bilməyəcəyik? Onlar gəldilər Bakıda öz oyunlarını oynadılar, qol vurmağa çalışdılar. Buna da nail oldular və səfərdən xalla qayıtdılar. Qol vurmaq istəyi bizə çoxdan lazımdır. Qol vurmaq o demək deyil ki, medafiəni buraxmaq lazımdır. Balansı qorumaq şərtilə hücumameyilli oynamaq olar. İsrail Portuqaliya və ya Rusiya deyil. Həm də İsrail bizə oynamağa imkan verəcək.
Ramiq AĞAMƏMMƏDOV
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...
"Fənərbaxça" Şimanski ilə sağollaşır?
"Barselona" İngiltərə klubunun futbolçusuna göz dikdi
Mbappe də Mərakeşə yollanır
"Turan Tovuz"un qış hazırlıq planı müəyyənləşdi
"Karvan-Yevlax" legioneri ilə yollarını ayırdı
Maradonanın cırılmış forması rekord məbləğə satıldı
"Milan"ın çempion olmağı çətin görünür"
1-ci liqada ilin son oyunları keçirildi
İlin ən yaxşı qadın hakimləri - Siyahı
Qara Qarayev "Araz-Naxçıvan"la müqaviləsini ləğv etdi
“Barselona”nın transfer planı
Dünyanın ən bahalı heyətə malik klubları
İdmançılar təltif edildi - Prezidentdən Sərəncam
Bekhemlər ailəsində qalmaqal - Ata-anasını blokladı
Kurtuaya 90 milyonluq təklif
Afrika Millətlər Kubokuna qələbə ilə başladılar - Video
"Atletiko" onu icarəyə verdi
Futbolçu oyun zamanı vəfat etdi
PSJ-nin gözü “Real”ın futbolçusunda
Azərbaycanda futbolçular arasında dava düşdü - Video
Dünyanın ən bahalı idman klubu yenə onlar oldu
"Zirə"nin futbolçusu Millətlər Liqası oyununa çıxdı
"Tottenhem"in kapitanı cəzalı vəziyyətə düşdü
"Fənərbaxça" klubunun prezidenti saxlanıldı
Zidan oğlunu Mərakeşdə tribunadan izlədi
"Ronaldo Portuqaliya yığmasının əvəzolunmaz oyunçusudur"
“Çelsi”nin iki futbolçusu zədəsini sağaltdı
"Marsel"in hücumçusu İtaliya klubuna doğru yol aldı
"Atletiko"dan digər ispan klubuna keçdi
"Mançester Yunayted"də itkilər var
“Fənərbaxça” heyətini ilk onunla gücləndirəcək
“Neftçi” daha bir legioner ala bilər
"Karvan-Yevlax"ın qış hazırlıq planı bəlli oldu
Bu şəhərdə bütün futbol matçları təxirə salındı