Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev Azərbaycan millisinə yeni baş məşqçinin gətiriləcəyi məsələsinə aydınlıq gətirib.
Qol.Az-ın “Trend” agentliyinə istinadən yaydığı məlumata görə, R.Abdullayev bu gün jurnalistlərə açıqlamasında bildirib ki, millinin baş məşqçisi Berti Foqtsun göndərilməsi barədə hələ düşünülmür. Onun sözlərinə görə, milliyə yeni baş məşqçinin gətirilib-gətirilməməsinə dair qərarın çıxarılmasına hələ ki, vaxt var.
R.Abdullayev deyib ki, Azərbaycan millisinin növbəti seçmə mərhələsi 2014-cü ilin sonlarında başlayacaq. Buna qədər AFFA-nın indiki baş məşqçinin mənfi və müsbət cəhətlərini təhlil edib, müvafiq qərar çıxarmağa vaxtı olacaq.
AFFA prezidenti Qurban Qurbanovun milliyə baş məşqçi postuna gətirilməsi barədə sualı isə cavablandırarkən bildirib ki, hələ ki, bununla bağlı ad çəkmək tezdir. Bu məsələyə AFFA-nın İcraiyyə Komitəsi baxacaq və AFFA elə məşqçi seçimi etməlidir ki, milli 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının final mərhələsində çıxış edə bilsin. Çünki Azərbaycan 2016-cı il Avropa çempionatına iddialıdır.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar