"Gəncləri idmançı kimi yetişdirməklə yanaşı, onlara adət-ənənələrə, rəqibə, hakimə, azarkeşlərə hörmətlə yanaşmağı, "Fair Play" qaydalarına əməl etməyi aşılamaq istəyirik. Yalnız bu yolla ölkəyə və dünya futboluna layiqli idmançılar bəxş edə və klubumuzu maddi cəhətdən gücləndirə bilərik". Qol.Az-ın məlumatına görə, bu sözləri Qəbələ Futbol Akademiyasının direktoru Ali Yavaş söyləyib. «Qəbələ» klubunun rəsmi saytına verdiyi müsahibədə A.Yavaş akademiyanın hələ hazır olmamasına baxmayaraq, artıq işə başladığını bildirib.
Bu günlərdə 60 yaşını qeyd edən təcrübəli mütəxəssis tətbiq olunacaq model haqqında da məlumat verib: "Azərbaycan insanının sosial quruluşuna uyğun şəkildə təşkil edəcəyimiz akademiyada yaşı 7-dən 8-nə qədər olan yeniyetmələr təhsil alacaqlar. Hər yaş qrupu üçün xüsusi məşq proqramları mövcud olacaq. Futbolçular təsdiq edilmiş proqram əsasında peşəkar komanda və milli komandaya hazırlanacaqlar. 7 yaşdan başlayan təhil futbolçu peşəkar komandaya hazır olana qədər davam edəcək. Təhsil zamanı onlara Azərbaycan yığması və doğma klub üçün vicdanla oynamaq hissləri aşılanacaq. Seçim aparanda isə istedadına nəzər salacaq və gələcəkdə peşəkar komandada oynaya bilib-bilməyəcəyini müəyyən edəcəyik. Əgər onun bizi qane edən istedadı varsa, akademiyaya qəbul ediləcək".
Ali Yavaşın fikrincə, görüləcək ilk iş bazanın qurulması olmalıdır: "Futbol Akademiyasını elə quracağıq ki, ondan nəinki Azərbaycanda, hətta başda Türkiyə olmaqla bütün türk cümhuriyyətlərində böyük məmnuniyyət və heyranlıqla danışılacaq". Qeyd edək ki, klub akademiyanın inşası üçün artıq əcnəbi şirkətlərlə razılığa gəlib. Bu haqda məlumat yaxın vaxtlarda mediaya bildiriləcək.
Yavaş iddialı danışmasının səbəbini klub prezidenti Tale Heydərovun gənc, həvəsli olması və dünya görüşünün genişliyi ilə əlaqələndirib.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki