“Bakı” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov Topaz Premyer Liqanın V turunda “Neftçi”yə qalib gəldikləri oyun (3:0) haqda Qol.Az saytının suallarını cavablandırıb.
- Topaz Premyer Liqanın sonuncu turunda "Neftçi"ni məğlub etdiniz. Oyunla bağlı təəssüratlarını öyrənək...
- Çox güclü rəqibə qarşı oynadıq. Bundan əvvəl də ardıcıl iki qələbə qazanmışdıq. Yaxşı əhval-ruhiyyədə idik. İstəyirdik ki, uğurlu seriyanı davam etdirək. Çalışırdıq rəqibin kimliyindən asılı olmayaraq öz oyunumzu oynayaq. Şükürlər olsun ki, bunu bacardıq və inamlı qələbə qazandıq. Əvvəldən axıra qədər üstünlük bizim tərəfimizdə oldu. Layiqli qələbə qazandıq.
- “Neftçi”yə böyük hesabla qalib gələcəyinizi gözləyirdin?
- Bizim üçün hesabın fərqi yoxdur. Əsas odur ki, yaxşı oyun göstərək və qalib gələk. Oyunumuz yaxşı alındı. Deyərdim ki, hesab daha böyük ola bilərdi. Ancaq 3:0 da pis nəticə deyil. Bundan əvvəlki iki oyunda da böyük hesabla qələbə qazanmışdıq.
- Həmin oyunda baxımlı qola imza atdın və digər iki məhsuldar ötürmə ilə yadda qaldın. Artıq meydanda əvvəlki Əfranı görməyə başlamışıq. Sən necə düşünürsən “Qarabağ”da parladığın vaxtlardakı formanı bərpa edə bilirsən?
- Deməzdim ki, əvvəlki formamı qaytarmışam. Futbol elə bir idman növüdür ki, daima öz üzərində işləməlisən. Mən də bunu yaxşı dərk edirəm. Çoxdandır ki, qol vura bilmirdim. Futbol üçün darıxmışdım. Artıq özümə gəlməyə başlamışam. Kimin qol vurmağının fərqi yoxdur. Əsas odur ki, komandamız qələbə qazansın.
- Ancaq bu gün yerli futbolçularımıza qol vurmaq çox lazımdır. Nə vaxta qədər legionerlər bombardirlər siyahısına başçılıq edəcək? Bu mövsüm bombardir olmaq haqda düşünmürsən?
- Doğrudan da bu bizim həmişə yaralı yerimiz olub. Bizim futbolçuların az qol vurmağı, əvəzində legionerlərin bombardirlər siyahısına başçılıq etməyi mənə də həmişə tədsir edir. Kim istəməz ki, bombardir olmasın? Ancaq sırf bunu düşünsək, başqa təsirləri ola bilər. Yenə deyirəm ki, çalışıb qol vurmaq lazımdır. Ancaq mənim üçün komandamın qələbəsi əsasdır. Qismətdə varsa, bombardir də olarsan.
- Bir ürəkaçan məqam da odur ki, komanda yoldaşın Rauf Əliyevlə əvvəllər olduğu kimi yaxşı tandem qurursan. Demək olarmı bu tandem hələ çox işlər görəcək?
- Qeyd etdiyiniz kimi Raufla “Qarabağ”da olarkən çox yaxşı tandemimiz olurdu, oyunumuz alınırdı. Sadəcə Raufun oyununda bir müddət geriləmə olmuşdu. Daha sonra mənim də oyunum alınmırdı. Şükürlər olsun ki, indi artıq bizdə alınır. Əvvəlki tandemi qaytarmağa çalışırıq. Rauf da çox çalışır ki, əvvəlki formasını bərpa etsin. Artıq hiss olunur ki, onun da oyununda inkişaf var.
- “Bakı” mövsümə ardıcıl iki məğlubiyyətlə başlasa da, ardından üç oyundur ki, böyükhesablı qələbə qazanır. Komandanız artıq öz oyununu tapıb?
- Deməzdim ki, komanda tam öz oyunu tapıb. İlk oyunlardakı uğursuzluq yeni transferlərin bir-birinə uyğunlaşmamasına görə idi. Hələ də uyğunlaşma gedir. Bu da o deməkdir ki, “Bakı”nın yaxşı oyunları hələ qabaqdadır. Xeyli transfer etmişik. Hələ onların komanda şəklində öz oyunlarını tapa bilməsi üçün vaxt lazımdır. Ancaq əsas odur ki, komandamız qələbəni ürəkdən istəyir.
- Qarşıdan "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində milli komandamızın İsraillə oyunu gəlir. Səfər matçında hansı nəticəyə ümid etmək olar?
- Artıq klubdan kənarlaşmışıq. İndi milli komandanın heyətində məşqlərə başlayacağıq. Bilirik ki, İsraillə oyun millimizin vacib matçlarından biridir. Səfərdən bir xalla dönmək böyük üstünlük olardı. Ancaq maksimum nəticə qazanmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik. Futbolçularımız da tədricən formaya düşür. İki gündən sonra İsrailə yola düşəcəyik. Ən azı bir xalla dönəcəyimizə ümidliyik.
Ramiq AĞAMƏMMƏDOV
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar