Cari Avroliqada beş qolla “Qarabağ”ın bombardiri olmuş Reynaldo da Silva Bundesliqada yarışan “Hoffenhaym” klubunun maraq dairəsinə düşüb.
Qol.Az-ın xəbərinə görə, bu haqda Almaniyanın sportal.de saytı məlumat yayıb.
Məlumatda bildirilib ki, yay transfer pəncərəsinin bitməsinə az qalmış “Hoffenhaym” Ağdam klubundan Reynaldo və ya “Vest Hem Yunayted”dən Rikardonu heyətinə cəlb etmək istəyir.
“Kicker” nəşri isə yazıb ki, Reynado Silva Avropa Liqasında beş, Azərbaycan Premyer Liqasında isə cari mövsümdə üç qola imza ayıb. Alman jurnalistlər braziliyalı futbolçunun “Ayntraxt”la Avroliqanın pley-off mərhələsinin təkrar matçında da fərqləndiyini və mövsüm uğurlu oyunlar keçirdiyini yazıblar.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov