Qurban Qurbanov AZAL-a məğlubiyyətdən danışdı

Qurban Qurbanov AZAL-a məğlubiyyətdən danışdı
ÖLKƏ FUTBOLU 1 Sentyabr 2013 / 22:32 4267
-  A +

“Bizim üçün ağır oyun oldu. Avroliqa ilə vidalaşsaq da, fikrimiz hələ də ordadır".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov AZAL-la oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.

Məğlubiyyətə baxmayaraq baş məşqçi futbolçularından narazı qalmayıb. Qeyd edib ki, Avroliqa oyunlarından sonra yaranan yorğunluq oyuna öz təsirini göstərib: "Oyunçularıma heç nə demirəm, nə lazımdırsa, etdilər. Qol imkanlarımız da oldu, lakin top qapıdan keçmədi. 9 saat yolda olduqdan sonra oyuna çıxmaq bizə çətin oldu. AZAL da bu gün yaxşı oynadı. Rəqibi qələbəyə görə təbrik edirəm”.

Daha çox


Son xəbərlər