Bu gün Topaz Premyer Liqanın V turuna start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma keçirilir.
"Sumqayıt" evdə autsayder "Rəvan"ı qəbul edib. Matçın 50-ci dəqiqəsində hesabı açan "Rəvan" mövsümdə ilk xalını qazanıb - 1:0. Son iki oyunda məğlub olan "Qəbələ" heç də işləri yaxşı getməyən "Xəzər Lənkəran"ı öz meydanında sınağa çəkib. Rəqibini 2:0 hesabı ilə məğlub edən "Qəbələ" mövsümdə üçüncü qələbəsini qazanıb. Daha bir görüşdə isə "Bakı" "Neftçi"ni qəbul edib. Paytaxt derbisi 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Qeyd edək ki, hər üç oyun eyni vaxtda saat 18:00-da start götürüb. Tura isə sabah keçiriləcək iki oyunla tura yekun vurulacaq.
31 avqust (şənbə)
Premyer Liqa, V tur
18:00.“Bakı” – “Neftçi” - 3:0
Qollar: Rauf Əliyev, 11 (1:0), Əfran İsmayılov, 32 (2:0), Mario Alvares, 69 (3:0)
Qırmızı vərəqə: Cavid Hüseynov, 50 ("Bakı"), Aqil Məmmədov, 50 ("Bakı", ehtiyat qapıçı)
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Yaşar Abbasov, Feyzulla
18:00.“Qəbələ” – “Xəzər Lənkəran” - 2:0
Qollar: Leonardo Da Silva, 40 (1:0), Ebesilio, 60 (2:0)
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Nahid Əliyev, Ömər Paşayev
18:00.“Sumqayıt” – “Rəvan” - 0:1
Qol: Kamil Nurəhmədov, 50 (0:1)
Qırmızı vərəqə: Ramazan Abbasov, 90 ("Rəvan")
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, İsgəndər Əliyev, Xəlil Hüseynli
1 sentyabr (bazar)
20:00.“Qarabağ” – AZAL
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Sərxan İsmayılov
20:00
20:00.“İnter” – “Simurq”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elman Musayev, Namiq Bəkirov
Turnir cədvəli
Bombardirlər
Cavid Hüseynov (Bakı) - 3 qol
Bahodir Nasimov (Neftçi) - 3 qol
Marinaldo da Silva (Qarabağ) - 3 qol
Mindauqas Kalonas (Bakı) - 3 qol
Viktor İqbekoyi (AZAL) - 3 qol
Baçana Sxadadze (İnter) - 3 qol
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov