“Reallıqda bu gün “Qarabağ” üçün çox çətin oyun olacaq. Ancaq mən həmişə ümidli olmuşam. Futbolda istənilən nəticə qeydə alınır. “Qarabağ” öz ənənəsi ilə oynamaldır. İmicinə görə mübarizə aparmalıdır. Həm də artıq vaxtdır, nəticə qazanmaq vacibdir. Rəqibin stadionunda olmuşam. Böyük azarkeş tutumuna malikdir. Ancaq komandamızda qalib gəlmək üçün prinsip olmalıdır”.
Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov “Qarabağ”ın Avroliqanın pley-off mərhələsinin “Ayntraxt”la (Frankfurt) bugünkü cavab oyunu haqda danışarkən deyib.
Təcrübəli mütəxəssis rəqibin üstün cəhətini göstərib, alman klubuna qarşı necə oynamağın yollarından danışıb: “Ayntraxt”ın üstünlüyü ondan ibarətdir ki, daim rəqibə pressinq edir. Bizim komandalarda bu yoxdur. Ancaq “Ayntraxt” ilk oyunda axıra qədər “Qarabağ”a pressinq tədbiq etdi. Bu isə Azərbaycan futboluna xas olmayan bir şeydir. Bundesliqada bütün komandalar pressinqlə oynayır. Onların başqa oyunu da yoxdur. Belə oyun qurluşuna qarşı isə futbolçularımız çox cəld oynamaldırlar. Yəni tez düşünüb qərar vermək lazımdır. Onsuz da “Qarabağ” topu özündə saxlamağı bacarır. Ancaq “Ayntraxt” kimi komandaya qarşı ötürmələrdə sürətli olmaq lazımdır”.
A.Mircavadov komandaların şanslarından da danışıb: “İnanıram ki, bu gün “Qarabağ” yaxşı oynayacaq. Futbolçularımız sona qədər mübarizə aparacaq. Çünki itiriləsi bir şey yoxdur. Komandamız ilk oyunun ikinci hissəsindəki kimi orda da oynasa, nəyəsə ümid etmək olar. Çünki “Qarabağ” ilk oyunda rəqibi sıxanda onlar mərkəzdə top itirməyə başladılar. Deməli, “Ayntraxt” da səhv edir, top itirir. Rəqibi məcbur etmək lazımdır ki, mərkəzdə top itirsin. Əsas orta xətdə kim çox topa sahib olsa, uğur qazanacaq”.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov