Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinə yekun vurulacaq və qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Qol.Azın məlumatına görə, təmsilçimiz “Qarabağ” Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun qonağı olub.
Bakıda keçirilən ilk oyunda rəqibinə 0:2 hesabı ilə uduzan Ağdam təmsilçisinin mərhələ keçəcəyinə ümidlər az idi. Lakin alman klubu favorit sayılsa da, bundan əvvəl iki dəfə Avroliqanın qrup mərhələsinin bir addımlığında mübarizəni dayandıran komandamızın bu dəfə rəqibinə asan təslim olmayacağı şübhəsizdir. “Qarabağ” bu mövsüm hər üç təsnifat mərhələsinin səfər oyununda uğurlu nəticə qazanmışdı. Frankfurtda "Qarabağ"ın 1:2 hesabı ilə məğlub olmasına baxmayaraq, komandamız rəqibinə layiqli müqavimət göstərib.
Qeyd edək ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində oynamaq şansı hələ də qalır. Belə ki, "Fənərbaxça"nı turnirdən kənarlaşdıran UEFA-nın bu gün keçiriləcəyi püşkatma mərasimində Türkiyə təmsilçisini əvəzləyəcək komandanın adına aydınlıq gələcək. Pley-off mərhələsində mübarizəni dayandırmış komandaların sırasında "Qarabağ"ın da adı var.
29 avqust
UEFA Avropa Liqası, Pley-off mərhələsi, cavab oyunu
23:30. “Ayntraxt” (Frankfurt, Almaniya) – “Qarabağ” (Azərbaycan) (İlk oyun - 2:0) - 2:1
Qollar: Aleksandr Mayer, 11 (1:0), Reynaldo, 58 (1:1), İnui, 76 (2:1)
Baş hakim: Duarte Qomes
Frankfurt. “Kommerzbank Arena” stadionu.
"Ayntraxt": 1. Kevin Trapp. 5. Karlos Zambrano. 6. Bastian Oçzipka, 22. Stefano Celozzi, 23. Anderson Bamba, 8. Takaşi İnui, 14. Aleksandr Meyer (k), 16. Stefan Aigner, 18. Yohannes Flum, 20. Sebastian Rode, 27. Pirmin Şvegler.
Ehtiyat oyunçular: 30. Feliks Viedvald, 4. Marko Russ, 15. Konstant Djakpa, 7. Yan Rosenthal, 13. Martin Lanig, 17. Stefan Şrök.
"Qarabağ": 89. Miro Varvodiç, 5. Maksim Medvedyev, 14. Rəşad Sadıqov (k), 24. Admir Teli, 25. Ansi Aqolli, 7. Namiq Yusifov, 88, 16. Corc Leroy, 20. Riçard Almeyda, 70. Cumbinyo, 11. Nikolos Gelaşvili, Vüqar Nadirov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, Uilrix Kapolonqo.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov