Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulub.
Qol.Az-ın məlumatına görə, baş tutan 5 oyundan sonra qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
"Neftçi" qənimi "Skenderbeu"nu mübarizədən kənarlaşdıran Qazaxıstanın "Şaxtyor" (Karaqandi) klubu qrup mərhələsinə çox yaxın idi. Belə ki, öz meydanında Şotlandiya "Seltik"ini 2:0 hesabı ilə məğlub edən son Qazaxıstan çempionu səfərdə ən azı bu üstünlüyünü qorumağa çalışırdı. Lakin "Seltik" öz meydanında rəqibinə 3 cavab qol vuraraq adını qrup mərhələsinə yazdırıb.
Səfərdə "Pakos de Fereyra" (Portuqaliya) klubunu 4:1 hesabı ilə məğlub edən "Zenit" üçün cavab görüşü formal xarakteri daşıyırdı. Cavab oyununda da rəqibinə qalib gələn (4:2) Rusiya təmsilçisi növbəti mərhələyə adlayıb.
Digər oyunlara gəldikdə isə "Maribor" (Sloveniya) evdə "Viktoriya" (Çexiya), ilə qarşılaşıb. İlk oyunda rəqibinə 3:1 hesabı ilə qalib gələn Çexiya təmsilçisi bu oyunda da qalib gələrək (1:0) qrup mərhələsinə vəsiqə qazanıb. "Real Sosyedad" (İspaniya) isə "Lion"u qəbul edib. İlk oyunda 2:0, cavab oyununda isə 1:0 hesablı qələbə qazanan İspaniya klubu qrup mərhələsinə çıxan tərəf olub. İtaliya nəhəngi "Milan" isə doğma meydanda PSV (Hollandiya) ilə münasibətlərinə aydınlıq gətirib. İlk qarşılaşmada 1:1 hesablı bərabərə komandalar arasındakı cavab görüşü "Milan"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə İtaliya təmsilçisi də qrup mərhələsində mübarizəni davam etdirəcək.
28 avqust
Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları
21:00. “Zenit” (Rusiya) – “Pakos de Fereyra” (Portuqaliya) (İlk oyun - 4:1) - 4:2
Qollar: Danni, 30 (1:0), 48 (2:0), Bukharov, 67 (3:0), Joze, 68 (3:1), Arşavin, 79 (4:1), Karlao, 84 (4:2)
23:45. “Seltik” (Şotlandiya) – “Şaxtyor” (Karaqanda, Qazaxıstan) (İlk oyun - 0:2) - 3:0
Qollar: Kammons, 45 (1:0), Samaras, 48 (2:0), Forrest, 90+2 (3:0)
23:45. “Maribor” (Sloveniya) – “Viktoriya” (Çexiya) (İlk oyun - 1:3) - 0:1
Qol: Tecl, 3 (0:1)
23:45. “Real Sosyedad” (İspaniya) – “Lion” ( Fransa) (İlk oyun - 2:0) - 2:0
Qol: Vela, 67 (1:0), 90+1 (2:0)
23:45. “Milan” (İtaliya) - PSV (Hollandiya) (İlk oyun - 1:1) - 3:0
Qol: Boatenq, 9 (1:0), Balotelli, 55 (2:0), Boatenq, 77 (3:0)
27 avqust
“Arsenal” (İngiltərə) – “Fənərbaxça” (Türkiyə) (İlk oyun - 3:0) - 2:0
Qollar: Remzi, 25 (1:0), 72 (2:0)
“Avstriya” (Avstriya) – “Dinamo” (Zaqreb, Xorvatiya) (İlk oyun - 2:0) - 2:3
Qollar: Simuniç, 4-avtoqol (1:0), Brozoviç, 33 (1:1), Fernandez, 43 (1:2), Beçiray, 70 (1:3), Kienast, 82 (2:3)
PAOK (Yunanıstan) – “Şalke” (Almaniya) (İlk oyun - 1:1) - 2:3
Qollar: Szalai, 43 (0:1), Athanasiadis, 53 (1:1), Draksler, 67 (1:2), Katsuranis, 79 (2:2), Szalai, 90 (2:3)
“Bazel” (İsveçrə) – “Ludogorets” (Bolqarıstan) (İlk oyun - 4:2) - 2:0
Qollar: Fray, 11 (1:0), Degen, 79 (2:0)
“Legia” (Polşa) – “Styaua” (Rumıniya) (İlk oyun - 1:1) - 2:2
Qollar: Stanku, 7 (0:1), Piovakkari, 9 (0:2), Radoviç, 27 (1:2), Rzezniçak, 90+2 (2:2)
Birbaşa qrup mərhələsinə qoşulanlar:
“Barselona” (İspaniya), “Yuventus” (İtaliya), “Çelsi” (İngiltərə), “Mançester Yunayted” (İngiltərə), “Qalatasaray” (Türkiyə), “Bavariya” (Almaniya), “Real” (İspaniya), “Portu” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Mançester Siti” (İngiltərə), “Ayaks” (Hollandiya), PSJ (Fransa), “Borussiya” (Dortmund, Almaniya), “Atletiko” (İspaniya), “Şaxtyor” (Ukrayna), “Marsel” (Fransa), CSKA (Rusiya), “Olimpiakos” (Yunanıstan), “Bayer” (Almaniya), “Kopenhagen” (Danimarka), “Napoli” (İtaliya), “Anderlext” (Belçika).
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov