"Bu həftə bizim üçün çətin həftə olacaq. Çünki qarşıda iki ağır oyunumuz var. Əvvəl "Qarabağ"la, sonra Dortmund "Borussiya"sı ilə. Hər iki oyuna ciddi hazırlaşırıq".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Ayntraxt" klubunun yarımmüdafiəçisi Yohannes Flum Almaniya mətbuatına açıqlamasında deyib.
25 yaşlı futbolçu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində qarşılaşacaqları "Qarabağ" səddini hələ keçmədiklərini vurğulayıb: "İlk oyundan sərfəli nəticə ilə ayrılmışıq. Ona görə də cavab matçında özümüzü bir qədər rahat hiss edəcəyik. Bununla belə, "Qarabağ" səddini hələ keçməmişik. Cümə axşamı bunu rəsmiləşdirməliyik. Bazar günü isə "Borussiya" ilə çətin oyuna çıxacağıq. Hər iki oyun bizim üçün vacibdir".
Qeyd edək ki, Ayntraxt" - "Qarabağ" oyunu avqustun 29-da, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk görüş 2:0 hesabı ilə Frankfurt təmsilçisinin xeyrinə başa çatıb.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov