“Qəbələ” klubunun müdafiəçisi Rail Məlikov Topaz Premyer Liqanın 4-cü turunda “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduqları oyunla bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Gərgin və maraqlı matç haqqında fikirlərini bilmək istərdik.
- Onu deyə bilərəm ki, imkanlarımızdan istifadə edə bilsəydik, 6-7 qol vura bilərdik. “Qarabağ”ın bir qol şansı oldu, onu da dəyərləndirdilər. Bəxtimiz də gətirmədi. O cür imkanlardan istifadə edə bilməmək günahdır. Oyun göz qabağındadır. Birinci hissədə zəif təsir bağışladıq, ikinci hissədə isə təkqapı oynadıq. Ancaq qol şanslarını dəyərləndirə bilmədik.
- Rəqibinizin ikinci heyətlə meydana çıxması işinizi asanlaşdırdı, yoxsa əksinə?
- Dünəndən ikinci heyət sözünü eşidirəm, ancaq futbolda iknci heyət anlayışı yoxdur. Həm də “Qarabağ”da əsas heyətlə dünənki heyət arasında çox cüzi fərq var. Demək olar ki, onların iki eyni gücə malik heyəti var. Təxminən bu heyətlə “İnter”ə də qalib gəlmişdilər. Həm də dünən “Qarabağ”ın heyətindəki gənc futbolçular var qüvvələri ilə özlərini sübut etməyə çalışırdı. “Qarabağ”ın bizimlə oyunda əsas futbolçularına istrahət verəcəyini əvvəldən bilsək də, optimal heyətlə oyuna hazırlaşmışdıq.
- Komandanız hər dörd oyunda birinci qol buraxan tərəf oldu. Həm də dörd oyuna 2 qələbə 2 məğlubiyyət var. Bu, “Qəbələ”nin qeyri-stabil oyunundan xəbər verə bilər?
- Ola bilər. Bir tərəfdən yaxşıdır ki, hesabda geri düşdüyümüz oyunlarda geri dönüş edə bilirik. Yəni komandada əzmkarlıq var, ruhdan düşmürük. Qeyri-stabil oyuna gəldikdə isə, bu mövsüm çempionat güclüdür, klublar hamısı iddialıdır. Buna görə müxtəlif nəticələr qeydə alına bilər. “Qarabağ”a da qalib gəlmək istəyirdik ki, “Sumqayıt”a məğlubiyyəti unudaq. Pis oynasaydıq, bu qədər təəssüflənməzdik. Yaxşı oyun göstərsək də, təəssüf ki, məğlub olduq.
- “Sumqayıt”a gözlənilməz məğlubiyyət komandada psixoloji gərginlik yaradıb?
- Bizdə gərginlik var idi. Ancaq bu stressdən tez çıxdıq.
- Növbəti oyununuz “Xəzər Lənkəran”ladır. Bu komanda son vaxtlar uğur qazana bilmir. “Qara zolaq”dan çıxmaq üçün “Qəbələ”yə qarşı güclü müqavimət göstərəcək.
- Ən əsası maraqlı oyun olacaq. Rəqibimiz hörmət etdiyimiz klublardan biridir. “Qarabağ”la oyun arxada qaldı. İndi bütün fikrimiz bu oyunadır. “Xəzər Lənkəran” “Makkabi”yə 0:8 hesabı ilə uduzduqdan sonra özünə gələ bilmir. Son vaxtlar inamsız təsir bağışlayırdılar. Ancaq “Neftçi” ilə dünənki oyunlarında komanda çox yaxşı çıxış etdi. Artıq öz oyunlarını geri qaytarmağa başlayıblar.
- Yeri gəlmişkən “Xəzər Lənkəran” – “Neftçi” oyunundan sonra xoşagəlməz hallar yaşandı. Buna münasibətin necədir?
- Bu hal Azərbaycan komandalarına yaraşmır. Hər ikisi bizim komandadır. Başa düşmək lazımdır ki, zərərçəkən də özümüzük. Futbolu davaya çevirmək lazım deyil. Öz-özümüzə düşmən olmamalıyıq. Azarkeşlər arasında mübahisələr ola bilər, ancaq belə söyüşlər lazım deyil.
Ramiq AĞAMƏMMƏDOV
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov