"Ayntraxt"ın hücumçusu: "Qarabağ"la cavab oyunu çətin keçəcək"

"Ayntraxt"ın hücumçusu: "Qarabağ"la cavab oyunu çətin keçəcək"
ÖLKƏ FUTBOLU 26 Avqust 2013 / 16:41 3398
-  A +

"Avrokuboklarda oynamağa vərdiş etməməyimizə baxmayaraq, "Braunşveiq"ə qarşı yaxşı oyun sərgilədik və qələbə qazandıq. Düşünürəm ki, biz qələbəni haqq etdik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Ayntraxt" klubunun hücumçusu Aleksandr Mayer Bundesliqanın III turu çərçivəsində keçirilən "Braunşveiq"lə oyundan (2:0) sonra deyib.

Almaniyalı futbolçu qarşıdan gələn "Qarabağ"la oyuna da toxunub: "Sağlam komandanın varlığı üçün birlik vacibdir ki, bu da bizdə var. "Braunşveqi"lə oyunda vurduğum qol fantastik alındı. Komandanın lazımı səviyyəyə çatması üçün də bizə bir-iki oyun lazımdır. Bundesliqanın qarşıdakı matçlarında bizi 3 çətin oyun gözləyir. "Borussiya" (Dortmund) klubunu evdə qəbul edəcəyik. Bu oyunların hamısında qalib gəlməliyik. Üstəlik Avropa Liqasında "Qarabağ"a qarşı cavab oyunumuz var. Növbəti 90 dəqiqə bizim üçün çətin keçəcək".

Qeyd edək ki, "Ayntraxt" - "Qarabağ" oyunu avqustun 29-da, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk görüş 2:0 hesabı ilə Frankfurt təmsilçisinin xeyrinə başa çatıb. Həmin oyunda qolların hər ikisini məhz "Ayntraxt"ın kapitanı Aleksandr Mayer vurmuşdu.

Daha çox


Son xəbərlər
topaz banner