Topaz Premyer Liqasının IV turunda keçirilən “Xəzər Lənkəran” – “Neftçi” görüşü qalmaqalla yekunlaşıb.
Qol.Az-ın apasport.az-a istinadla yaydığı xəbərə görə, 0:0 hesabı ilə başa çatan oyundan sonra azarkeşlər arasında insident yaranıb.
Fanatlar arasındakı qalmaqalı sakitləşdirmək istəyən hərbçilərdən birinin başı yarılıb. Daxili Qoşunların əsgərini dəmir parçası ilə vurublar. Zərbədən sonra huşunu itirən əsgəri stadiondakı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıblar.
Asayişi qoruyan polislərdən biri isə başından aldığı zərbədən sonra sifətini qan basıb.
Qalmaqalda iştirak edən azarkeşlərdən bir neçəsi saxlanılaraq, polis şöbəsinə aparılıb.
***
Fanat.az saytının xəbərinə görə, böyük oyun"dan sonra yaranan gərginlik davam edir. Əsgərlərlə azarkeşlər arasında insident 40 dəqiqəyə yaxın davam edib.
Azarkeş kütləsini dağıtmaq üçün hərbiçilər göz yaşardıcı qazdan istifadə edib. Azarkeş kütləsi əsgərləri stdionun kənarında "daş yağışı"na tutub. Bir neçə hərbi xidmətçi yaralanıb.
Qeyd edək ki, atılan qaz bombasının mətbuat nümayəndələrindən də yan keçmədiyini bildirib. Jurnalistlər zərər çəkməmək üçün hadisə yerindən uzaqlaşdırılıb.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov