“Barselona”nın ulduzu Lionel Messiylə bağlı sensasiyalı iddia irəli sürülüb.
Qol.Az-ın Türkiyə KİV-lərinə istinadən yaydığı xəbərə görə, Kataloniya klubu və Argentina millisindəki ümumilikdə son 25 oyunun yalnız birini əvəzolunmadan keçirən Messinin sol ayağının arxa əzələlərində çürümə aşkarlandığı bildirilir.
Qeyd edək ki, Messinin son matçları axıra qədər oynamaması onunla bağlı narahatlığı artırıb. Madrid “Atletiko”su ilə bu həftə baş tutan superkubok matçında zədələnən və meydanda olduğu müddətdə tez-tez əli ilə sol ayağının arxa hissəninə toxunan argentinalı oyuna yaxşı köklənə bilməyib. O, həmin matçda istənilən səviyyədə çıxış edə bilməyib və Sesk Fabreqasla əvəzlənib.
Yeri gəlmişkən, Messinin sol ayağının əzələlərində çürümə aşkarlanması haqda xəbər “Barselona” klubuna istinadla verilib. Qeyd olunub ki, həkimlər Messinin gələcək karyerası haqda ümidli deyillər.
Amma klubun saytında bununla bağlı hər hansı xəbər yoxdur. Ümumiyyətlə, hələlik “Barselona”nın rəsmi nümayəndələrindən kimsə bununla əlaqədar açıqlama verməyib.
Bu mənada, indidən məlumatın həqiqəti nə dərəcədə əks etdirməsi haqda qəti fikir yürütmək çətindir.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov