Topaz Premyer Liqanın bu gün baş tutacaq dördüncü turunun “Qəbələ” – “Qarabağ” oyunundan öncə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun Azərbaycan futbolu üçün nadir görünən addım atıb.
Qol.Az-ın xəbərinə görə, Peşəkar Futbol Liqasının bu qarşılaşmanın təxir salınması ilə bağlı “Qarabağ”ın müraciətini təmin etməməsi səbəbindən Q.Qurbanov “Qəbələ” ilə oyuna ikinci heyəti aparıb.
Konkret olaraq, son Avroliqa matçlarında Ağdam komandasının əsas heyətinin demək olar ki, bütün oyunçuları Bakıda saxlanılıb, yalnız Qara Qarayev Qəbələyə aparılıb.
Qurban Qurbanovun belə bir addım atmasına səbəb isə Avropa Liqasının “Ayntraxt”la Almaniyada keçiriləcək matça ciddi səviyyədə hazırlaşmasıdır. Məsələ burasındadır ki, “Qarabağ” Bakıdakı ilk oyunda almanlara 0:2 hesabı ilə uduzsa da, təkrar görüşdə bu məğlubiyyətin əvəzini çıxmaq, ən pis halda isə uduzmamaq hədəfini seçib.
PFL-in “Qəbələ” ilə oyunu təxirə salmaması səbəbindən “Qarabağ” əsas heyətin üzvlərini - Maksim Medvedyev, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Corc Leroy, Riçard Almeyda, Cumbinyo, Nikolos Gelaşvili və Reynaldo Silvanı Bakıda saxlayıb. Onlar hazırda komandanın fiziki hazırlıq üzrə məşqçisi, bolqarıstanlı Çudomir Çakarovun rəhbərliyi altında məşq edirlər. “Qəbələ” ilə görüşdə isə “Qarabağ”ın ehtiyat və əvəzedici heyətin üzvləri çıxış edəcəklər.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov