Bu gün Topaz Premyer Liqada dördüncü turun oyunlarına yekun vurulub.
Qol.Az-ın məlumatına görə, son oyun günündə daha üç qarşılaşma baş tutub.
İlk oyun Qəbələdə keçirilib. "Qarabağ" "Qəbələnin qonağı olub. Bu qarşılaşmaya maraq böyük idi. Avroliqada çıxışını davam etdirən Ağdam təmsilçisi çempionatdakı qələbələrini sıralamağa çalışacaqdı ki, belə də olub. Vüqar Nadirovun yeganə qolu "Qarabağ"a qələbə qazandırıb - 1:0.
Qeyd edək ki, gələn həftə "Ayntraxt"la Almaniyada keçiriləcək Avroliqanın təkrar matçı ilə əlaqədar "Qarabağ" Qəbələyə ikinci heyətlə gedib.
Digər oyun Lənkəranda keçirilib. Turun mərkəzi oyunu sayılan bu görüşdə "Neftçi" "Xəzər Lənkəran"ın qonağı olub. Son zamanlar uğursuz çıxışları ilə turnir cədvəlin autsayderinə çevrilən cənub təmsilçisi liderlər sırasında gedən "Neftçi"yə qarşı necə mübarizə aparacağı maraqla gözlənilirdi. Lakin bu görüşdə hesab açılmayıb - 0:0.
Daha bir oyunda "Rəvan" "İnter"i qəbul edib. Bu görüşü autsayderlərin mübarizəsi də adlandırmaq olardı. Hər iki komanda üç turdan sonra xal qazana bilməmişdi. Bu səbəbdən komandalar "qara zolaq"dan çıxmağa çalışacaqdı. Hesabı açan tərəf "Rəvan" olsa da, oyun "İnter"in böyükhesablı qələbəsi ilə başa çatıb - 5:1.
25 avqust (bazar)
Premyer Liqa, IV tur
20:00. “Xəzər Lənkəran” – “Neftçi” - 0:0
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ramiz Məhərrəmov
Lənkəran şəhər stadionu.
20:00. “Rəvan” – “İnter” - 1:5
Qollar: Sebastyan Kastro-Tello, 12 (1:0), Brüs Abdulaye, 18 (1:1), Baçana Sxadadze, 30 (1:2), 37 (1:3), 43 (1:4), Asif Məmmədov, 89 (1:5)
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Rza Məmmədov, Namiq Bəkirov
“Bayıl Arena” stadionu.
18:00. “Qəbələ” – “Qarabağ” - 0:1
Qol: Vüqar Nadirov, 16
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, Sərxan İsmayılov
Qəbələ şəhər stadionu.
“Qəbələ”: 25. Dieqo Kosta, 2. Rail Məlikov (k), 4. Amit Quluzadə, 5. Sadiq Quliyev, 10. Luis Paulo Hilario, 11. Yannik Kamanan, 14. Lorenzo Ebesilio, 15. Umar Kalabane, 18. İbrahima Niasse, 34. Ürfan Abbasov, 42. Leonardo da Silva
Ehtiyat oyunçular: 27. David Pietrzkeviç, 3. Nikola Valentiç, 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 19. Abdulvahid Afolabi, 21. Elmar Baxşıyev, 84. Dejan Kelhar
“Qarabağ”: 1. Fərhad Vəliyev (k), 2. Qara Qarayev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 93. Təmkin Xəlilzadə, 44. Eltun Yaqublu, 55. Bədavi Hüseynov, 88. Ulrix Kapolonqo
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 3. Nurlan Əhmədov, 15. Toğrul Bilallı, 21. Tural İsgəndərov, 32. Ülvi Rəfizadə
24 avqust
“Simurq” – “Bakı” - 0:3
Qollar: Cavid Hüseynov, 52 (0:1), Əfran İsmayılov, 64 (0:2), Cavid Hüseynov, 90+2 (0:3)
23 avqust
AZAL – “Sumqayıt” - 1:0
Qol: Con Oliremi, 45+2 (1:0)
Turnir cədvəli
Bombardirlər:
Cavid Hüseynov ("Bakı") - 3 qol
Bahadır Nəsimov ("Neftçi") - 3 qol
Çumbinyo ("Qarabağ") - 3 qol
Mindauqas Kalonas ("Bakı") - 3 qol
Viktor İqbekoyi (AZAL) - 3 qol
Viktor Mendi ("Qəbələ") - 2 qol
Reynaldo Silva ("Qarabağ") - 2 qol
Vaqif Cavadov ("İnter") - 2 qol
Nikolas Gelaşvili ("Qarabağ") - 2 qol
Vüqar Əsgərov ("Sumqayıt") - 2 qol
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov