“Ümumiyyətlə, ilk növbədə onu deyə bilərəm ki, mən heç vaxt oyunqabağı futbolçulardan 400 və 100 metrəyə qaçış üzrə normativ götürmürəm. Bu cür normativlər komanda təlim-məşq toplanışına yığışdığı ilk günlərdə götürülür”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri milli komandamızın məşqçisi Vaqif Sadıqov millimizin keçmiş üzvü Murad Ağakişiyevin dünən ölkə mətbuatına verdiyi açıqlamasına münasibət bildirərkən deyib. Xatırladaq ki, Ağakişiyev millimizin hücumçusu Daniel Axtyamov haqda danışarkən, onun məşqçilərin sevimlisi olduğunu bildirib. Eyni zamanda Murad vurğulayıb ki, U-21-də çıxış edərkən, oyunqabağı məşqlər zamanı Vaqif Sadıqovun verdiyi tapşırıqları Axtyamova nisbətən daha yaxşı yerinə yetirməsinə baxmayaraq, start heyətində o deyil, məhz Axtyamov meydana çıxırdı. Vaqif Sadıqov bildirib ki, ümumiyyətlə, Ağakişiyevin özünü Axtyamovla müqayisə etməsi düzgün deyil. Çünki onların hər ikisi ayrı-ayrı oyun modelinə uyğun gələn futbolçulardır: “Digər tərəfdən də mən deməzdim ki, Axtyamov normativləri Ağakişiyevdən pis yerinə yetirirdi. Çünki Axtyamov daim öz üzərində çalışıb. Təsadüfi deyil ki, o hətta Torresin vaxtında belə milliyə dəvət alırdı. Həm də Muradın özünü onunla müqayisə etməsi düzgün deyil. Çünki onların oyun modelləri tam fərqlidir. Yaxşı olardı ki, Murad özünü oyun modelinə uyğun gələn futbolçularla müqayisə etsin. Axtyamov həmin vaxt heç kimdən zəif deyildi. Mən Murada da şans verirdim. Ola bilər ki, hansısa oyunda taktikaya uyğun gəlmədiyindən o, meydana çıxmayıb. Mənim heç vaxt sevimli futbolçum olmayıb. Kim daha hazır olubsa, daha yaxşı formada olubsa, taktikaya uyğun gəlibsə, mən ona üstünlük vermişəm. Heç vaxt da komandaya tapşırıqla futbolçu götürülməyib”.
Raulun rekordu qırıldı
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?
Yamaldan növbəti rekord
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
"Yuventus" sanksiyalara görə onunla yolları ayıra bilər
Premyer Liqanın ən çox uduzan komandası oldular
"Çelsi" uduzsa, Fernandes klubdan gedəcək?
Həm dubl etdi, həm cəzalı duruma düşdü
İran DÇ-2026-da iştirakdan imtina etdi - Rəsmi
Kurban Berdıyevin cəzası azaldıldı
Azərbaycan millisinin oyununun biletləri satışa çıxarıldı
Flik: "Kamp Nou"da fərqli oynayacağıq"