Armin Fe: "Mərhələ keçdiyimizi söyləmək olmaz"

Armin Fe: "Mərhələ keçdiyimizi söyləmək olmaz"
ÖLKƏ FUTBOLU 22 Avqust 2013 / 23:22 3205
-  A +

"Oyuna çox ciddi yanaşmışdıq. Tez qol vurmağımız işimizə yaradı. Yaxşı hazırlıqlı komandaya qarşı oynadıq. "Qarabağ"ın da çoxlu qol imkanları oldu".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Ayntraxt" klubunun baş məşqçisi Armin Fe "Qarabağ"la oyundan sonra (0:2) keçirilən mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis qələbə baxmayaraq, mərhələni keçmədiklərini bildirib: "Mərhələni keçdiyimizi söyləmək olmaz. Rəqib də yaxşı oyun nümayiş etdirdi. Sözsüz ki, 2:0 hesabını qorumağa çalışmayacağıq. Cavab oyununda da hücumlara üstünlük verəcəyik. Rəşad Sadıqovun oyununa mane ola bildik. Onun yaxşı formada oyun göstərməsinə imkan vermədik. Azarkeşlər "Qarabağ"a çox yaxşı şəkildə dəstək verdilər. İkinci hissədə elə təəssürat yarandı ki, sanki meydançaya təyyarə enir. Bizim azarkeşlər də yaxşı təsir bağışladı".

Armin Fe "Azərbaycan millisini çalışdırarsınızmı" sualını isə belə cavablandırıb: "Əvvəlcə onu deyim ki, Foqtsun gedəcəyi hələ bilinmir. Həm də mənim "Ayntraxt"la hələ 10 illik müqaviləm var".

Daha çox


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu