Reynaldo "Qarabağ"ın məşqinə qoşuldu (VİDEO)

VİDEO 22 Avqust 2013 / 14:23 2971
-  A +

Topaz Premyer Liqanın “Xəzər Lənkəran”a qarşı keçirilən üçüncü turunda əzələsi dartılan “Qarabağ”ın liderlərin biri Reynaldo Silva dünən Tofiq Bəhramov adına Respublika stadionunda komandasıyla birgə məşqə çıxıb.

Qol.Az-ın xəbərinə görə, zədəsi səbəbindən Avroliqada bu gün “Ayntraxt”la oyunu buraxacağı bildirilən Silva fərdi qaydada, yüngül məşqlər edib. Bəs, Reynaldo Silvanın bu gün “Ayntraxt”la oyunda meydana çıxması nə dərəcədə realdır?

“Qarabağ” klubundan Qol.Az-a bildirilib ki, Reynaldo məşq etsə də, əvvəlcədən bildirildiyi kimi, onun bugünkü oyunu buraxacağı dəqiqdir.



Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu