"Qarabağ" "Ayntraxt"a məğlub oldu (YENİLƏNİB)

"Qarabağ" "Ayntraxt"a məğlub oldu (YENİLƏNİB)
ÖLKƏ FUTBOLU 22 Avqust 2013 / 22:51 11666
-  A +

Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, turnirdə mübarizəni davam etdirən yeganə təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxarıb.
 
Ağdam təmsilçisi öz meydanında Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu ilə üz-üzə gəlib.

Komandamız buna qədər iki dəfə pley-off mərhələsində mübarizəni dayandırıb. Bu dəfə isə qrup mərhələsinə düşmək üçün təmsilçimizin daha yaxşı şansı var. Çünki “Qarabağ”ın bu dəfəki rəqibi bundan əvvəl pley-off mərhələsində qarşılaşdığı digər Almaniya klubu olan “Borussiya” (Dortmund) səviyyəsində deyil. Hər halda komandamız doğma azarkeşlər önündə qalib gəlməyə çalışacaqdı. Lakin görüş "Qarabağ"ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.











22 avqust

Avropa Liqası, pley-off mərhələsi, ilk oyunlar

21:00. “Qarabağ” (Azərbaycan) – “Ayntraxt” (Frankfurt, Almaniya) - 0:2
Qollar:
Aleksandr Meyer, 6 (0:1), 75 (0:2)
Baş hakim: Şimon Marniçiak (Polşa)
Tofiq Bəhramov adına Respublika stadionu
 


"Qarabağ": 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedyev, 14. Rəşad Sadıqov (k), 24. Admir Teli, 25. Ansi Aqolli, 10. Muarem Muarem, 16. Corc Leroy, 20. Riçard Almeyda, 70. Cumbinyo, 11. Nikolos Gelaşvili.

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 55. Bədavi Hüseynov, 18. İlqar Qurbanov, 19. Murad Səttarlı, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 88. Uilrix Kapolonqo, Vüqar Nadirov.


"Ayntraxt": 1. Kevin Trapp. 5. Karlos Zambrano. 6. Bastian Oçzipka, 22. Stefano Celozzi, 23. Anderson Bamba, 8. Takaşi İnui, 14. Aleksandr Meyer (k), 16. Stefan Aigner, 18. Yohannes Flum, 20. Sebastian Rode, 11. Srcan Lakiç.

Ehtiyat oyunçular: 30. Feliks Viedvald, 4. Marko Russ, 15. Konstant Djakpa, 7. Yan Rosenthal, 13. Martin Lanig, 17. Stefan Şrök.

Daha çox


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu