“Bakıda “Qarabağ”a iki-üç qol vursaq...”

“Bakıda “Qarabağ”a iki-üç qol vursaq...”
ÖLKƏ FUTBOLU 21 Avqust 2013 / 11:20 4248
-  A +

“Ayntraxt”ın qapıçısı Kevin Trapp Avropa Liqasının avqustun 22-də Bakıda “Qarabağ”a qarşı keçiriləcək oyunu öncəsi açıqlama verib.

Qol.Az-ın “Rein-Main” qəzetinə istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, Bakıya qələbə üçün yollanırlar.

“Düzdü, bizi orada nə gözlədiyini heç kim bilə bilməz. Amma “Qarabağ”la oyunu səbirsizliklə gözləyirik. Biz sübut etməliyik ki, doğru yolda olan yaxşı komandayıq. “Qarabağ”ı Bakıda məğlub etmək əla olardı”.

K.Trapp Ağdam komandasını asanlıqla məğlub edəcəklərinə ümid bəsləyir: “Orada hesab 0:0 olsa pis nəticə sayılmaz. Amma əgər rəqibimizə iki-üç qol vursaq, hər şey qaydasına düşəcək”.

Bununla belə, o, “Qarabağ” haqda az informasiyaya malik olduqları da söyləyib.

Qolkiper bundesliqanın ilk iki turunda - "Herta" və "Bavariya"ya məğlubiyyətlərdən nəticə çıxardıqlarını və "Qarabağ"la oyunda qalib gələrək özlərinə inamı qaytaracaqlarına əminliyini ifadə edib.

Daha çox


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu